DünyaSiyasət

Putin davam etsə, “Tomahavk” raketləri Ukraynaya veriləcək – Tramp

Rusiya müharibəni davam etdirərsə, “Tomahavk” qanadlı raketləri Ukraynaya veriləcək. Amma bu məsələ əvvəlcə Putinlə müzakirə ediləcək.

Tacxeber.com“Politico”ya istinadən xəbər verir ki, Tramp Ukraynaya bu raketlər verilsə belə, onları birbaşa deyil, NATO-ya verəcək, sonra isə Kiyevə təhvil verilə bilər.

Tramp “Tomahavk” məsələsini əvvəlcə Putinlə müzakirə etmək istəyir:
“Bəli, mən ona (Putinə) deyə bilərəm ki, müharibə bitməsə, biz bunu edə bilərik. Onlar “Tomahavk”ların öz istiqamətlərində uçmasını istəyirlərmi? Çünki “Tomahavk”lar təcavüzdə yeni addımdır”.

Tramp həmçinin Ukraynanın müharibədəki müqavimətini yüksək qiymətləndirib:
“Mən Ukraynanı belə yaxşı iş gördüyünə görə qiymətləndirirəm. Onlar çox yaxşı döyüşçülərdir. Düşünürəm ki, prezident Putin bu məsələni həll edə bilsəydi, əla görünərdi. Əgər etməsə, bu, ona heç bir xeyir verməyəcək”, – Tramp vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

O, hansı ölkəyə səfər edibsə, Çin həmin dövlətin rəsmilərinə etirazını bildirib.

admin

Putin Qərbə meydan oxudu: “Ukraynaya təklif etdiyim şərtləri qəbul etməsəniz…” – VİDEO

redaktor

Trampın “qarın ağrısı”nın dərmanı – Çindən kəsilib Hindistana axıdılacaq İran nefti

redaktor