25 C
Bakı
13 Oktyabr 2025 16:35
DünyaSiyasət

İsrail Parlamentində insident

Müharibə bu dönəm üçün bitdi nəhayət.

Donald Tramp Qəzza atəşkəsi və israilli girovların azad edilməsindən sonra yeni bir müharibəyə son qoymasından, bu, böyük soyqırımı pərdələyərək dünya ictimaiyyətinə fərqli formada təqdim etmək üçün Knessetdə (İsrail parlamenti) çıxış edərkən, iki israilli deputat, iki vicdanlı şəxs – Ayman Odeh və Ofer Kassif Trampın çıxışını kəsərək ona etiraz ediblər. Onlardan biri “soyqırım” yazılmış plakat qaldırıb.

Deputatlar dərhal təhlükəsizlik əməkdaşları tərəfindən zaldan çıxarılıb təbii.

Xatırladaq ki, cinayətkar Netanyahunun (Beynəlxalq Cinayət Məhkəməsi onu belə adlandırır) HAMAS te”ror təşkilatının 260 israilli dinc sakinini qətl etməsinin qarşılığında 65 min dinc fələstinlini həyatdan etdi.

Müəmmalı olan isə o oldu ki, 2 il ərazində 40 km uzunluğu, 10 km eni olan, İsrail ordusu tərəfindən tam mühasirəyə alınmış bu kiçik ərazidə İsrail ordusu 5-3 te*rrorçunu zərərsizləşdirə bilmədi guya.

Türkiyə İraq və Suriya böyüklükdə ölkələrdə, mühasirə imkanı belə əldə etmədən PKK kimi bir təşkilatın sonuna çıxdı.

Təbii ki, burada dərin siyasi oyunlar gedir tarixən. Təəssüf ki, bu məsələnin təfsilatlı mahiyyətini bir feyzbuk statusunda aydınlatmaq, bölüşmək mümkünsüzdür.

İstənilən halda atəşkəsin dayanması, əsirlərin tam olaraq azad edilməsi, müharibənin indiki dövr üçün sona çatması özü belə müsbət hadisədir.

Çox təəsüflər ki, bəşəriyyət uzun bir inkişaf yolu keçsə də, hələ də insalıq tam olaraq dünyada qalib gələ bilməyib.

Elə Azərbaycanı götürsək, böyük bir ölkə, 10 milyonluq xalq 32 ildir bir ailənin girovluğundadır.

Amma inam və ümidlər böyükdür. Çünki bu gün İsrail parlamentində etiraz edən Ayman Odeh və Ofer Kassif kimi vicdanlı insanlar var olduqca, onlar etiraz etdikcə dünya müsbətə, əbədi sülhə doğru dəyişəcək əlbəttə.

Vicdanlı və mübariz insanların sayının getdikcə artması, dünyaya və işğal altında olan ölkəmizə sülh, əmin-amanlıq və azadlıq arzusu ilə!

Qulu Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Belarus Rusiya ordusuna hərbi texnika verdi

redaktor

Ərdoğandan Almaniyaya: Bitərəf qal!

redaktor

Türkiyə futbolunda RƏZALƏT. “Qalatasaray”ın oyunu yarımçıq dayandırıldı – Video

admin