DünyaSiyasət

Ərdoğandan Meloniyə: “Siqareti tərgitməlisiniz”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Tacxeber.com xəbər verir ki, Ərdoğan sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzində İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşüb.

Tərəflər arasındakı dialoq diqqət çəkib. Belə ki, Ərdoğan Meloniyə “Möhtəşəm görünürsünüz, amma siqareti tərgitməlisiniz” deyib.

İtaliyalı nazir gülərək “Bilirəm, bilirəm” cavabını verib.

Liderlərin dialoquna isə Fransa Prezidenti Emmanuel Makron “Bu, mümkün deyil” deyə müdaxilə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Təhlükəsizlik mütəxəssisi “Haber Global”a danışdı: “Öldürməyə motivasiya edilmiş qatildən bəhs edirik” – VİDEO

redaktor

İstanbulda İŞİD-in partlayıcılar üzrə mütəxəssisi yaxalandı

redaktor

İsrail qırıcıları “Hizbullah” bazasını vurdu – Video

redaktor