18 C
Bakı
13 Oktyabr 2025 22:48
DünyaGündəmSiyasət

ABŞ və Ukrayna arasında böyük silah razılaşması hazırlanır, amma…

Siyasətin incəlikləri

11 və 12 oktyabrda Tramp və Zelenski 2 dəfə telefonla danışıblar. Liderlər Rusiya dərinliklərinə zərbələrdən tutmuş, böyük silah razılaşmaya qədər müzakirə ediblər, amma burada çox maraqlı bir məqam var.

Trampın Zelenskilə dünənki telefon danışığından sonra Tramp belə bir status paylaşıb: “Ukrayna impiçmenti ilə bağlı fırıldaq (mənimlə bağlı olan!) Uotergeyt hadisəsindən qat-qat geniş və qanunsuz idi. Ümid edirəm ki, müvafiq orqanlar, o cümlədən KONQRES, bununla məşğul olacaq! Adam “Saxtakar” Şiff çox vicdansız və korrupsiyalaşmış biri idi. Nə qədər qanun və təlimat pozulub!!! Prezident DJT”.

Nə baş verir(b)?

Trampın ilk impiçmenti necə baş verdi?

Konqres Ukraynaya hərbi yardım ayırmışdı (bunu Tramp yox, Konqres etmişdi), amma Tramp Pentaqona bu yardımı dayandırmaq göstərişi verdi və Zelenski ilə telefon danışığında ondan Bayden haqqında kompromat istədi (Bayden o vaxt prezidentliyə namizəd idi və Trampın əsas rəqibi sayılırdı). Zelenski birtəhər vəziyyətdən çıxmağı bacardı, amma söhbət indi ondan getmir. Təbii ki, bu şantaj idi və başqa adı da yoxdur.

O zaman, ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Aleksandr Vindman həmin söhbətin məzmunu barədə Konqresə məlumat verdi və Demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası araşdırma başlatdı, bu da nəticədə Trampın ilk impiçmenti ilə nəticələndi(Nümayəndələr Palatası impiçmenti elan etsə də, Senatda lazım qədər səs toplanmadı).

O vaxt bu araşdırmaya Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff rəhbərlik edirdi (o, indi senator olub).

İndi isə bu günə gələk

Tramp HEÇ VAXT heç nəyi unutmur və bağışlamır. Şiff Tramp üçün düşmən №1-dir və Tramp onu məhv etməkdə (həyatını və ya karyerasını məhv etmək, hətta həbs etdirmək kimi istənilən formada) qərarlıdır.

Bu gün Tramp Baş prokuror Pem Bondidən Adam Şiffə qarşı istintaq aparmağı tələb edir. Bondi isə öz növbəsində xüsusi prokuror təyin edir (Müller kimi), o da Şiff (və Komi) ilə bağlı “araşdırma” aparacaq. Amma…

Amma bu istintaq çərçivəsində Bondiyə Ukraynadan materiallar lazımdır. Lazımdır ki, şahid ifadələri, dəlillər göstərsin ki, 2019-cu ildə Trampın Zelenski ilə telefon danışığı hüquqi baxımdan “təmiz” idi, heç bir təzyiq, şantaj, yaxud “kompromat əvəzində silah” sövdələşməsi olmayıb.

Və indi diqqət edin.

Təsadüfi deyil ki, dünən Trampla Zelenski arasında ikinci telefon danışığından dərhal sonra Zelenski “Tomahawk” raketləri barədə, Tramp isə Şiff barədə açıqlama verdi. Yəni faktiki olaraq 2019-cu ilin hekayəsi yenidən təkrarlanır: kompromat əvəzində silah.

Bu siyasətdir və hətta əgər Zelenski Trampın istədiyini versə, onu heç kim qınamayacaq. Zelenskinin başqa yolu yoxdur.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

54 ilin rekord soyuğu qeydə alındı

redaktor

Sevinc Vaqifqızı: Biz yalanlarını üzə çıxarmış jurnalistlərik.

admin

Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib

admin