Bu gözəl gülüşlü “xanım” Tilli Norvud “Xicoia Studio” şirkətinin ilk rəqəmsal aktrisasıdır.
Generativ süni intellektin imkanları statik şəkillərin və qısa videoların yaradılmasını keçmişə çevirərək virtual aktyorlar yaratmağa imkan verir. Yəqin ki, çoxlarınız rəqəmsal aktrisa Tilli Norvudla bağlı məlumatlısnız. Ancaq çox az adam bilir ki, süni intellekt sahəsində əhəmiyyətli işlərin 80 faizi ABŞ-la Çin tərəfindən həyata keçirilir.Yerdə qalan 20 faiz Britaniya başda olmaqla Avropa ölkələrinin, Yaponiya, Cənubi Koreya və Sinqapurun payına düşür. Yüksək texnologiyanın digər sahələrində də vəziyyət oxşardır.
Çin Elmi və Texnoloji İnformasiya İnstitutunun Pekin Universiteti ilə birgə hazırladığı Qlobal Süni İntellekt İnnovasiya İndeksi hesabatına görə, süni intellekt sahəsində liderlik ABŞ-a məxsusdur. Onu Çin təqib edir, Böyük Britaniya üçüncü yerdədir. ABŞ 100 mümkün baldan 77.97 bal, Çin 58.01 bal, Böyük Britaniya 36.60 bal toplayıb. İlk onluqda Yaponiya 33.77 bal, Koreya Respublikası 33.48 bal, Almaniya 32.22 bal, Sinqapur 31.57 bal, Fransa 30.98 bal, Kanada 29.79 bal və Hindistan 29.41 balla yer alıblar. Rusiya 17.49 xalla 30-cu yerdə qərarlaşıb. ABŞ-ın nəhəng texnoloji şirkətlərinin Böyük Britnaiyaya yatıracaqları 160 milyard funt-sterlinq Britaniyanın Çindən geriliyini aradan qaldırmalı, Böyük Britaniyanı ikinci ən böyük gücə çevirməlidir. Ruiyanın təcavüzünə məruz qalan Ukrayna sürətlə Qərbin yüksək texnologiyalar sahəsinə intiqrasiya olunur.
Putin ağlını tam itirməmişdən öncə bir dəfə demişdi ki, süni intellekin lideri dünyanın hakimi olacaq. Qənaətimcə formalaşmaqda olan dünyanın mənzərəsi əsasən yuxarıdakı sıralama müəyyən edəcək. Bütün bunlar çox aydın olduğu halda biriləri bizi adı “it dəftəri”ndə olmayan ölkələrə doğru yönləndirməyə çalışır.