20 C
Bakı
13 Oktyabr 2025 00:05
DünyaSiyasət

10 ildən artıq hakimiyyət adamın ürəyini heçmi sıxmır?

Pol Biya Kamerunun prezidentidir. Kamerun Afrika qitəsində qonşuları ilə müqayisədə böyük olmayan dövlətdir. Fransadan müstəqilliyini 1960-cı ildə əldə edib. 65 ilin 43 ili Pol Biyanındır. Onun 92 yaşı var, dünyada ən qoca dövlət başçısıdır, buna baxmayaraq, istefaya getmək çağırışlarını qətiyyətlə rədd edir. Onu avtoritar idarəçilikdə, korrupsiyada və müxalifəti əzməkdə suçlayırlar. Buna baxmayaraq o, 43 ildir ki, prezident olaraq qala bilib.

İndi Kamerunda növbəti prezident seçkiləridir. O, da iştirak edir. Müxalifət seçkiyə 11 namizəd irəli sürüb. 11 nəfər namizəd o deməkdir ki, müxalifət vahid cəbhədə birləşə bilmir, iddiaları imkanlarından böyük olduğu üçün öz aralarında dil tapa bilmirlər. Ona görə də, müşahidəçilərin dediyinə görə Pol Biya yenə də qalib gələcək.

Bu vəziyyət çox tanış mənzərədir.

Kamerunda prezidentin müddəti 7 ildir. Biya 2032-ci ilədək hakimiyyəti idarə edəcək. Həmin vaxtda onun 100 yaşı olacaq.

Bir dəfə Belarusun 71 yaşlı prezidenti Lukaşenkodan niyə istefaya getməməsinin səbəbini soruşanda cavab vermişdi ki, təqaüdə çıxıb hansı işlə məşğul olacağını bilmir: “Mən bekar qalacam. Mən bunu istəmirəm”.

73 yaşlı Putinin, 71 yaşlı Si Zinpinin 150 il yaşamaq və ölkə rəhbəri olmaq arzularının arxasında duran səbəb budur: onlar hakimiyyətə öyrəşiblər, onun xaricində özlərinə yarayan heç bir iş görmürlər.

Roma imperatoru olmuş Diokletian hakimiyyətdən əl çəkib kəndinə qayıtmışdı. O, bostan salıb kələm yetişdirməklə məşğul imiş. Əyanları yanına gəlib taxt-taca qayıtmasını israr edəndə onlara demişdi ki, “görün mən necə faydalı və maraqlı işlə məşğulam. Siz hələ mənim yetişdirdiyim kələmlərə bir baxın. Mənim bostanım bu il xeyli məhsul verəcək. Bundan gözəl iş? Siz isə məni yenə də ölkəni idarə etməyə çağırırsız”.

Doğrudan da, 10 ildən artıq hakimiyyət adamın ürəyini heçmi sıxmır?

 

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qadınların ərlərinin telefonuna baxması qadağan OLUNSUN?

redaktor

Azərbaycanla sərhəddə “xalça rejimi” tətbiq edildi

redaktor

Maskın siyasi çıxışları “Tesla”nı BATIRDI

redaktor