19 C
Bakı
11 Oktyabr 2025 19:52
DünyaİqtisadiyyatMuharibə

Maraqlı xəbərlərə diqqət yetirək.

– Avqust ayından etibarən neft emalı zavodlarına zərbələrin nəticələri.

– Rusiyada müqavilə bağlayan hərbçilərin ödənişlərini kəskin azaldırlar.

-Neft qiymətləri enir. Səbəblər.

* 2 ay yarım ərzində USQ sistematik Rusiya neft emalı zavodlarına zərbələr endirir və artıq müəyyən nəticələr barədə danışmaq olar.

Xəritəyə baxın

Açıq rənglə göstərilən ərazilərdə benzin qıtlığı var, tünd rənglə göstərilənlərdə isə yoxdur.

Qırmızı üçbucaqlarla avqust-oktyabr aylarında hücuma məruz qalmış NEZ-lər, yaşıl üçbucaqlarla isə hücuma məruz qalmamış NEZ-lər işarələnib.

Yanacaq qıtlığı Uzaq Şərqdən Zabaykalye, Primorye və Saxalin vilayətlərindən başladı. Bu bölgələrə cəmi 2 NEZ var. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranmışdı, insanlar bəzi benzin markalarının çatışmazlığından, yanacağın az miqdarda satılmasından və ya ümumiyyətlə talonla verilməsindən şikayətlənirdilər.

Krımda iri neft emalı zavodları ümumiyyətlə yoxdur, buna görə də yanacaq tədarükündəki problemlər dərhal regiona təsir etdi. Əvvəlcə qondarma hakimiyyət bir nəfərə satılan benzini 30 litrlə məhdudlaşdırdı, sonra isə 20 litrə endirdi.

Hazırda azı 57(!!!) regionda, yanacaq tədarükündə fasilələr müşahidə olunur, az müddətli olsa da.

İlin əvvəlindən sentyabrın sonuna qədər YDM-lərdə benzin 10%-dən çox bahalaşdı.

Moskvada yanacaq qıtlığı hələ yoxdur, şəhər 5 NEZ-dən yanacaq alır.

* Rusiyanın fərqli regionlarında müqavilə bağlayan hərbçilərin birdəfəlik müavinatların məbləği endirilib. Baxaq:

Tatarıstan: 3,1 milyon rubldan 800 min rubla endiriləcək;

Yamalo-Nenets Muxtar Dairəsi: 3,1 milyon rubldan 1,9 milyon rubla endiriləcək;

Nijni Novqorod vilayəti: 3 milyon rubldan 1,5 milyon rubla endiriləcək;

Mari El və Belqorod vilayəti: 3 milyon rubldan 800 min rubla endiriləcək;

Çuvaşıya: 2,5 milyon rubldan 800 min rubla endiriləcək;

Başqırdıstan: 1,6 milyon rubldan 600 min rubla endiriləcək.

Səbəb sadədir-büdcə çatışmazlığı. Bu yaxınlarda ƏDV-nin qaldırılmasını şərh edərkən qeyd etmişdik ki, əgər hökumət 12.5 milyard dollar əlavə gəlir əldə etmək məqsədilə ƏDV-ni qaldırmaq məcburiyyəti qarşısında qalırsa, deməli iqtisadi durum kritik həddə yaxınlaşır. Yuxarıdaki xəbər də, bu fikri təsdiqləyir.

* Dünya neftinin qiyməti.

WTI markalı neft dünən 4,2% ucuzlaşaraq bir barel üçün 58,2 dollar səviyyəsində dayanıb.

Dünyada neftin qiymətini aşağı salan 3 əsas amil var:

Qəzzadakı müharibənin başa çatması. Neft regionunda geosiyasi risklər aradan qalxıb.

ABŞ və Çin arasında mümkün ticarət müharibəsi (Trampın dünənki bəyanatı). Belə olan halda dünya iqtisadiyyatında zəifləmə ola bilər və bu da neftə olan tələbatı azaldır.

OPEK ilin əvvəlindən etibarən hasilatı tədricən artırır.

Kamran Cəfərov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rusiya XİN: “Fransa ilə münasibətlər dərin böhran içindədir”

redaktor

Ukrayna ləng irəliləyir, böyük itki var .

admin

Çexiya XİN rəhbərinin təyyarəsi bu səbəbə görə Hindistanı tərk edə bilmədi

redaktor