-1 C
Bakı
22 Yanvar 2026 02:58
CəmiyyətŞikayət

“Elit Apteklər şəbəkəsi”ndə özbaşınalıq

Tacxeber.com xəbər verir ki, jurnalist, redaktor Səid Qərib məhz Elit Apteklər şəbəkəsində başına gətirilən hadisədən yazıb.

“Bu aptek özündən yeni qaydalar çıxarıb. Əgər aldığım dərmanların ödənişini kartla edirəmsə, daxili endirim tətbiq olunmur. Endirim yalnız nağd ödəyənlər üçündür. Məcbur olub, bankomatdan pul çıxarıb, ödəmişik ki, onsuz da od qiymətinə olan dərmanlarda güzəşt olsun”.

Bu şikayətə şərhçilər də eyni halla rastlaşdıqlarını bildiriblər.

“Elit aptekin guya sözdə depo olduğu deyilsə də endirim yoxdur. Depo qiymətinə istəyirsənsə, nağd ödə”.

Digər şikayətçi isə 7 ay əvvəl 670 manatlıq dərmana nağd ödəniş etdiyini bildirib.

“Qarayev metrosunun üstündəki Elit aptekdən nağd aldım. Guya dedilər ki, nağd ödənişdə ƏDV də yüksək qayıdır. Amma baş açmadım”.(Medicina)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Deputat sözü insanları qıcıqlandırır” – Samirə Bağırovadan qalmaqallı açıqlama

admin

“Qarabağ”a son sözüqü söylədi – Bir daha qayıtmayacam

admin

Sürücülər Mehriban Əliyevaya müraciət etdikləri üçün təhdid edilirlər.

admin