CəmiyyətGündəm

Biz əyri xətlərin cığırında yeriyə-yeriyə əyilmiş adamlarıq.

Xəbər veriblər ki, AYNA yolların xətlənməsinə 45 milyon manat xərcləyəcək. Necə xətləyəcəklər, hansı boya ilə xətləyəcəklər? Bilmirəm.

Amma onu bilirəm ki, bu ölkədə bütün dəyərlərin üstündən xətt çəkdilər və nəticədə yüzmilyardlarla vəsait yoxa çıxdı.

İndi bəzi yolları xətləyəcəklər və 45 milyon yoxa çıxacaq.

Biz əyri xətlərin cığırında yeriyə-yeriyə əyilmiş adamlarıq.

Heç bir yazıda vətəndaşın xətti görünmədiyi üçün, bəziləri “karandaş” götürüb, dövlətin qırmızı xətlərini qaralamağa girişdi.

Vacib olan budur ki, biz xalq olaraq xəttimizi düzəltməliyik.

Nə isə, hər şeyin köhnəsi, xəttin təzəsi.

Təzə xətlənmiş yollarda tıxacda qalmağın, yeni qiymətlə gediş haqqı ödəməyin ayrı ləzzəti var.

20 manata ət yeyən camaata, 45 milyonluq da xətt yaraşır.

Xəttiniz mübarəkdi!

 

İlham Hüseyin

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda da yayılan dəhşətli xəstəlik – Yuxu…

redaktor

“Biz gələcək nəsillərə nə göstərəcəyik?” – memar Fəridə Kassumova

admin

“Forbes” jurnalının hesablamasına görə, İlon Maskın sərvəti 749 milyard dollara çatıb.

redaktor