CəmiyyətGündəmSiyasət

Rüfət Səfərovun doğum günündə: Azadlıq zindanda olsa da, ləyaqət əsir deyil

Bu gün Rüfət Səfərovun doğum günüdür. Amma o, doğulduğu torpaqda azad yaşaya və doğum gününü sevdikləri ilə qeyd edə bilmir. Rüfət azadlığını itirib, çünki o, yalanla barışmadı. O, İlham Əliyev rejiminin zindanındadır, vicdanını susdurmadığı, həqiqəti gizlətmədiyi üçün.

Rüfət pul və rahatlığı deyil, ləyaqətli həyatı seçdi. “Hakimiyyətə sədaqət” yox, “vicdana sədaqət” dedi. Diktaturanın ən böyük qorxusu da budur: azad düşünən insan sistemi sarsıdır. İlham Əliyev bunu çox yaxşı bilir.

Bu gün Azərbaycan həbsxanalarında 400-dən çox siyasi məhbus saxlanılır. Onlardan 40-a yaxını jurnalistdir. Onlar yalnız həqiqəti söylədikləri, rejimin saxta obrazını ifşa etdikləri üçün zindandadırlar.

Hər bir jurnalist, hər bir vicdan sahibi bu rejimin qorxusunu açıq göstərir. Əliyev sarayında güclü görünməyə çalışsa da, həbsxanaların divarları onun zəifliyini və qorxusunu ifşa edir.

Bu rejim xalqdan qorxur. Əliyev vicdanın, ləyaqətin və azad düşüncənin səsini boğmaq istəyir, amma bacarmır. Çünki Rüfətin səsi, zindanlardan gələn məktublar, susdurulan qələmlər və qadağan olunan sözlər göstərir ki, azadlıq heç vaxt boğula bilməz.

Bir gün Rüfət azad olacaq. İlham Əliyev və onun zalım rejimi isə tarixdə izsiz silinəcək. İz qalsa belə, bu iz nifrətlə dolu bir xatirə izi olacaq. Bu gün biz Rüfət Səfərovun doğum günündə azadlığı, ləyaqəti və cəsarəti qeyd edirik.

Doğum günün mübarək, Rüfət. Sənin mübarizən Azərbaycan xalqının gələcəyidir.

Bəhruz Əliyev

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şəhid Elçin Kərimbəylinin doğum günü ilə əlaqədar şəhidin məzarı ziyarət edilib.

admin

Dırnaqlarını yeyənlərdə bu vitamin çatışmır

admin

“OMON özbaşınalığı”, yoxsa siyasi sifariş? – Növbəti təxribatlar ola bilər

redaktor