CəmiyyətGündəmHadisəQalmaqal

Şablon ittiham aktı – texniki səhvə DİQQƏT

İttiham aktında mənimlə bağlı hissəyə diqqət edəndə görünür ki, bizdən aylar öncə həbs edilən “Abzas media işi”ni götürüb mənimlə bağlı olan hissəyə əlavə ediblər. Mənim 8 mart 2024-cü ildə yox, 2023-cü ilin noyabrında həbs edildiyim yazılıb. Sizin texniki səhv dediyiniz hissə Bakı Apellyasiya Məhkəməsinin həbsimlə bağlı qərarında da qeyd edilib. Şahid ifadələrində qeyd edilən tarixlər deyəcəksiniz texniki səhvdir.

Sabah bizi azad edəndə də deyəcəklər ki, həbsiniz texniki səhv idi. Texniki səhv kimi yanaşdığınız prosesdə insan taleyi həll olunur. Bu qədər insan heç bir cinayət işləmədiyi haldaaylardır ki, həbsxana hücrələrində saxlanılır.

İttiham aktının bu qədər qeyri-peşəkar hazırlanması bir daha təsdiq edir ki, ittihamlar hüquqi deyil, siyasi qərardır.

Ruslan İzzətli

Kürdəxanı İstintaq Təcridxanası

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“İran “Crocus”a hücumdan bir neçə gün əvvəl Rusiyanı xəbərdar edib” – “Reuters”

admin

Vəzifədən azad edilən Xanlar Vəliyevdən ilk açıqlama: “Mənim yola salınmağım…”

redaktor

“Haber Global” axtarış-xilasetmə əməliyyatını yerinə yetirən azərbaycanlıların olduğu ərazidə – VİDEO

redaktor