Cəmiyyətİdman

Fransa – Azərbaycan: 30 il sonra yenidən üz-üzə

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq.

Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağı olacaq. Parisdəki “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Hazırda D qrupunda Fransa 6 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu – 4-cüdür.

Bu qrupun digər oyununda İslandiya Ukraynanı qəbul edəcək.

Qeyd edək ki, Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində üçüncü dəfə üz-üzə gələcəklər. Daha əvvəl bu komandalar hələ Avro-1996-nın seçmə mərhələsində qarşılaşıblar. Trabzon şəhərində keçilmiş ilk qarşılaşmada (13 dekabr, 1994) Azərbaycan milliisi 0:2 hesabı ilə uduzub, Oser şəhərində baş tutan ikinci oyunda (6 sentyabr, 1995) isə Fransa 10:0 hesabı ilə qələbə qazanıb. Bu, millimizin tarixində ən böyükhesablı məğlubiyyətdir.

DÇ-2026, seçmə mərhələ

D qrupu

22:45. Fransa – Azərbaycan

Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff

VAR: Tom Harald Hagen

AVAR: Siqurd Krinqstad

22:45. İslandiya – Ukrayna  (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yüksək vəzifəyə təyin olunan sabiq DTX polkovniki kimdir? – DOSYE

redaktor

“İftar menyularının qiymətini qaldırıblar, “kassa savabı” edirlər”

redaktor

“Futbolçunu söyürlərsə, nə etməlidir?” – Qriqorçuk

admin