Tacxeber.comxəbər verir ki, bu barədə “Politico” qəzeti Ukrayna lideri Volodimir Zelenskiyə istinadən yazıb.
“Kiyev Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək, əgər o “Tomahawk” raketlərini göndərsə,” – deyə qəzet bildirib.
Zelenski həmçinin bildirib ki, əgər Tramp atəşkəs üçün imkan yaratsa, Ukrayna onu Nobel Sülh Mükafatına namizəd göstərəcək.
İspaniyanın “Pais” qəzeti yazır ki, Tramp 2025-ci il Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edilib.
Jurnalistlərin məlumatına görə, bu il Nobel Sülh Mükafatına ümumilikdə 338 namizəd təqdim olunub: 244 fiziki şəxs və 94 təşkilat.
“Pais” in yazdığına görə, rəsmi siyahı dərc olunmasa da, Nobel Komitəsinə məsləhət verən PRIO təşkilatının direktoru Trampın namizədlər arasında olduğunu təsdiqləyib.
Oktyabrın 10-da Nobel Komitəsi uzun müddətdir bu mükafatı almağa çalışan Trampın uğur şanslarını açıqlayacaq. Tramp Ağ Evə qayıtdıqdan sonra dəfələrlə bu mükafatı almaq istədiyini bildirib və bunun üçün səylər göstərib.