25 C
Bakı
09 Oktyabr 2025 15:27
CəmiyyətGündəmHadisə

SSRİ – də (Hadrudda) olan dəhşətli taun hadisəsi zamanı insanlar ölülərin ürəklərini yeyiblər

SSRİ – də olan dəhşətli hadisələrdən sadəcə bir qismi

1930-cu ildə Azərbaycanın Hadrut qəsəbəsində bir xəstəlik yayılmağa başladı. Bu xəstəliyin nə olduğuna dair heç bir fikir yox idi. SSRİ hökuməti mikrobioloq Lev Zilberi Hadruta göndərdi. Professor çoxlu araşdırmadan sonra bu xəstəliyin taun olduğu qənaətinə gəldi. Bu hadisə SSRİ – də bir şok effekti yaratdı, qəsəbəni tamam qapadılar. Bu barədə heç bir yerdə heç nə danışmadılar. Tezliklə qəsəbədə insanlar dəhşətlə ölməyə başladı. Yuxarıdan qərar gəldi ki, bütün ölüləri bir yerə yığıb yandırsınlar. Elə olurdu ki, bir ailənin bütün üzvünü yandırırdılar. Bu yandırma işi orda çalışanların heç də xoşuna gəlmədi. Bundan narazılıq etməyə başladılar. Amma və lakin bu yuxarıdan gələn qərar idi. Yandırılanların içində qəsəbədə dərin hörmət qazanmış həkim Oleq Marlin də var idi. Cəsədlərin üzərinə benzin töküb yandırandan sonra həkimin sağ əli yuxarı qalmağa başladı. Ordakılar qışqırmağa başladılar. Və qeyd etdilər ki, həkim də bu işdə sanki ölümü ilə etiraz edir. Amma həkim çoxdan ölmüşdü, bu sadəcə onun qol əzələsinin dartılmasına görə idi. Amma bunu ordakılara başa salmaq mümkün deyildi.

Özünü Hadrutdakı taunun yoxolmasına həsr edən professor Zilberi taunun şiddətli yayılan bir çağında- yanvar ayında NKVD nümayəndələri narahat etdi. Gecə saat 3-də evə gələn NKVD nümayəndələri ona dəhşətli bir xəbər gətirmişdilər. Belə ki, onlar həkimə deyirdilər ki, şəhərdə xarici xüsusi xidmət orqanlarının nümayəndələri var. Yanmayan bəzi cəsədlərin ürəyini götürüblər. Bu xəbərdən dəhşətə gələn professor inanmaq belə istəmirdi. Çünki, cəsədə toxunmaq ölüm demək idi. Beləliklə qarlı və soyuq bir yanvar gecəsi onlar ölülərin basdırıldığı qəbristanlığa gəldilər. Qəbirləri açıb gördülər ki, doğurdanda ölülərin ürəyi yoxdu, götürülüb. Bu iş tamamilə ağlasığmaz idi, hətta hər şeyi bilən NKVD işçiləri də baş aça bilmədilər.

1960-cı ildə Professor Zilber ömrünün sonlarında xatirələrini yazmışdı. Bu hadisənin səbəbini düz 30 il sonra açdı. O yazırdı:

1960-cı ildə mən Qarabağ bölgəsində atla kəndləri gəzib ümumi məlumat toplayırdım. Elə oldu ki, bir kənddə gecələməli oldum. Ev dörd nəfər ailədən ibarət idi. Söhbətimiz şirin alınmışdı və ailə başçısı onların adət və ənənələrindən danışmağa başladı. Söhbətin bu yerinə gəlib çıxdı ki, bizdə belə bir adət var. Əgər bir ailədən çoxlu ölənlər varsa, bizim inanca görə basdırılan birinci kəs digər ailə üzvlərini də özü ilə qəbrə aparır. Ona görə də biz basdırılan adamın qəbrini açıb ürəyini çıxarırıq. Ondan sonra onu bişirib bütün ailə üzvlərinə veririk ki, o heç kimi apara bilməsin.

Prosessor bu sözlərdən sonra artıq bütün bədəni bumbuz idi. O, özündə deyildi və yadına 30 il öncəki Hadrut hadisələri düşdü. Bu ailə erməni ailəsi idi.

Zilber bu hadisəni tez NKVD nümayəndələrinə xəbər verir, məlum olur ki, ermənilər doğrudanda xəstəlikden qurtulmaq üçün dəhşətli ayinlər keçirirmiş.

Yerli NKVD rəhbərliyi Hadrutda hannibalizm, yəni insan əti yemək hallarını bir-bir qeydə almağa başlayır. Tezliklə hadisələrin baiskarı, səbəbkarı – yerli xalq həkimi də tapılır. Karantindəki xəstələr arasında olmağı onu labüd cəzadan qurtarsa da, taun xəstəliyindən qurtarmır. Axşamçağı onun cəsədini xəndəyə atıb ağ dağ zirvələri fövqündə atəşə yaxırlar. Qəribədir, onun axırından sonra Hadrutda taun xəstəliyi həqiqətən itib gedir

Bu hadisə ilə bağlı Yazıçı Elçin Əfəndiyev “Ölüm hökmü” adında roman da yazıb.

Osman Eminov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Müdafiə Nazirliyi daha bir məlumat yaydı: Sentyabrın 10-da saat 09:45 radələrində…

redaktor

Azərbaycanda tanınmış məşqçi VƏFAT ETDİ – FOTO

redaktor

Musa Quliyev: Cəmiyyətdə əhval-ruhiyyə yaranmasın ki, adam evdə oturmalı, dövlət də xərcləməyə pul verməlidir

redaktor