CəmiyyətŞikayət

Sahibkarlar Qubanın icra başçısından şikaytəçidir – AÇIQ DÜŞMƏNÇİLİK EDİR…

Quba şəhər sakini, sahibkar, layihəçi təşkilatın rəhbəri Habil Fərzəliyev tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Quba Rayon İcra Hakimiyyətinin başçısı Mahmudov İlqar Akif oğlundan narazılıq edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Habil Fərzəliyev, sizə Qubadan yazıram. Sahibkaram, layiəhəçi təşkilatın rəhbəriyəm. Tikinti obyektlərinə layihələr hazırlayırıq.

Sizə Quba Rayon İcra Hakimiyyəti başçısının fəaliyyətsizliyi barədə məlumat vermək istəyirəm. Qeyd edim ki, bu adam icra başçısı vəzifəsini tutduğu gündən indiyədək heç bir sahibkara qeyri-yaşayış məqsədli obyekt tikinisinə icazə verməyib. Əksinə, yüzlərlə sahibkarın fəaliyyətinə maneə olaraq, onların tikinti obyekti tikmələrinin qarşısını almışdır.

Bundan başqa, Prezidentin sərəncamı əsasında müayinədən keçmiş yüzlərlə obyektə tələb olunan istismara dair qərarı da vermir.

Daha sonra fərdi ev tikib, evlərinə köçüb yaşamaq istəyən 300-ə yaxın yerli sakinin evlərinə tekniki pasportların veriləsinə qadağa qoymuşdur.

Sizi inandırıram ki, bu yazdıqlarım həqiqət təşkil edir. Bütün sadaladıqlarım qanunsuz əməllər, özbaşnalıqlar və vəzifə səlahiyyətini aşma haları ilə müşahidə olunmaqdadır. Bu barədə daha geniş danışmaq və məlumat vermək imkanındayam”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Növbəti əsərini Qurban Qurbanova həsr etdi – FOTO

redaktor

Zamirə Hacıyevanın əlindən alınan 42,7 milyonluq mülklər satışa çıxarılır – Fotolar

admin

Hacı Nuranın səhhəti qəfil pisləşdi

redaktor