23 C
Bakı
10 Oktyabr 2025 11:23
DünyaHadisə

Sabah Tramp Nobel Sülh mükafatını ala biləcəkmi?

Sabah Nobel Sülh mükafatının qalibi elan olunacaq. Tramp ola bilərmi?

Bəli, Tramp namizədlər arasındadır.

Bəli, Trampın şansları Yaxın Şərq razılaşması elan olunduqdan sonra bir qədər artıb. Tramp, əlbəttə, razılaşmanın cümə gününədək, yəni qalibin elanından əvvəl baş tutması üçün əlindən gələni edib.

Bukmekerlərin məlumatına görə, Trampın şansı 2%-dən 6%-ə qalxıb, amma yenə də o, 5-ci yerdədir və birinci yerdə olan sudanlı xeyriyyə təşkilatından 25% geri qalır.

Komitə adətən qərarı öncədən qəbul edir və bu dəfə də qərarın 6 oktyabrda verildiyini bildirilmişdi. Amma tarixdə son gecə dəyişiklik edilən hallar da olub.

Norveç tərəfi bildirir ki, Tramp onlara çox güclü təzyiqlər göstərir, tarifləri qaldırmaqla hədələyir və s. Amma tarixdə belə presedentlər də olub. Məsələn, 2010-cu ildə Çin, mükafatı Çin dissidentinə(Lyu Syaobo) verəndə Çin hakimiyyəti çox qəzəblənmişdi. Pekin bu mükafatı “Çin məhkəmə sisteminə təhqir” adlandırdı və Norveçə qarşı geniş təzyiq kampaniyasına başladı. Sanksiyalarla hədələdi, diplomatik və ticarət əlaqələrini dondurdu, norveçli rəsmi şəxslərin ölkəyə girişinə qadağa qoydu, Çin nümayəndələrinin Osloda keçirilən mükafatlandırma mərasiminə qatılmasına icazə vermədi.

Norveçdə kuluar söhbətlərində deyirlər ki, Trampın bu təzyiqləri gülüncdür və o, heç bir halda komitənin meyarlarına uyğun gəlmir, çünki o, demokratiya və insan haqlarının əleyhdarıdır (xalqına qarşı ordudan istifadə edir, hüquq-mühafizə orqanlarını siyasi rəqiblərinə qarşı yönəldir və s.)

Kamran Cəfərov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Məşhəddə Xameneinin heykəli yandırıldı – VİDEO

redaktor

Fələstin Prezidenti: HƏMAS xalqımızın təmsilçisi deyil

redaktor

Miroslav Kloze Mahir Emrelidən narazıdır

admin