24 C
Bakı
09 Oktyabr 2025 11:09
CəmiyyətTexnologiya

Məlumatlarını qoru

Azərbaycanda bir neçə Ermənistan mənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur. İstifadəçilər çox vaxt özləri də bilmirlər ki, bu tətbiqlər ermənilərə məxsusdur. Proqramlar yaxşı imkanlar təqdim edə bilər, amma özlüyündə bizim vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır. Məsələn, foto redaktə tətbiqi olan “Picsart” cihazın qalereyasına və fayllarına giriş icazəsi verir.

Təsəvvür edin, şirkət hər nə qədər “tərəfsizlik” və “peşəkarlıq” nümayiş etdirsə də, adi bir qərəzli mühəndis belə bu məlumatlara müdaxilə edə bilər. Yəni burada insan faktoru çox önəmlidir. Bu səbəbdən sizə aşağıda qeyd etdiyim tətbiqlərdən uzaq durmağı və onların qarşısında göstərilən alternativlərdən istifadə etməyi tövsiyə edirəm:

“Picsart” – mənşə: Ermənistan — alternativ olaraq Canva, Adobe Express, CapCut istifadə edin.

“Renderforest” – mənşə: Ermənistan — alternativ olaraq Envato Placeit və FlexClip istifadə edin.

“SoloLearn” – mənşə: Ermənistan — alternativ olaraq Codecademy və freeCodeCamp istifadə edin.

“Krisp” – mənşə: Ermənistan — alternativ olaraq NVIDIA Broadcast və Zoom/Google Meet səs filtrasiyası istifadə edin.

“Zangi” messenceri – mənşə: Ermənistan — alternativ olaraq Signal və ya Wire istifadə edin.

Məqsədim bu həlləri pisləmək deyil. Əsas məqsəd çox ciddi məsələ olan məlumat təhlükəsizliyidir. Bu tətbiqlərdən istifadə edənlər diqqətli olsunlar və daha etibarlı alternativlərə keçid etsinlər.

 

Fərid Pərdəşünas

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” yuxumuzu ərşə çəkdi – Futbol şərhçisi

redaktor

Soyuducuya 20 qəpik qoyun: GÖRÜN NƏLƏR OLUR

redaktor

Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” – VİDEO

redaktor