GündəmKriminal

MTN generalının köhnə həyatından qalan izlər satışda

Elçin Quliyevin müsadirə olunmuş mənzili hərraca çıxarılıb.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinə rəhbərlik etmiş, rüşvət və digər ağır ittihamlarla 10 il 6 ay azadlıqdan məhrum edilən general-mayor Elçin Quliyevə məxsus mənzil artıq satışdadır.

Nəsimi rayonunda, Akademik Mirəli Qaşqay küçəsində yerləşən, yeni tikilidəki 200 kvadratmetrlik bu mənzil 2005-ci ildə dövlət tərəfindən ona təqdim olunmuşdu. Maraqlısı odur ki, həmin illərdə Quliyevin müavini olmuş polkovnik İlqar Əliyev də elə eyni binada mənzillə təmin edilmişdi.

İlkin satış qiyməti 517 min manat olsa da, indi 362 min manata endirilib. Hərrac açıqdır.

Xatırladaq ki, Elçin Quliyev 2015-ci ildə həbs olunmuşdu. Ona qarşı irəli sürülən ittihamlar arasında külli miqdarda rüşvət almaq, hədə-qorxu yolu ilə pul tələb etmək, quldurluq və qanunsuz azadlıqdan məhrum etmə kimi cinayətlər var idi. 2017-ci ilin noyabrında hökm oxundu: 10 il 6 ay həbs.

MTN olayları zamanı sabiq nazir Eldar Mahmudov vəzifədən çıxarıldıqdan sonra, Quliyev Nazirliyin Akademiyasında kafedra rəhbəri təyin olunsa da, proseslər bununla bitmədi. Onun müavini İlqar Əliyev həbsxanada intihar etdi və məhz bu hadisədən sonra Elçin Quliyev də cinayət işinə cəlb olundu.

 

Elçin Alıoğıu

Tacxeber.com

Oxşar xəbərlər

Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi – AAYDA sədrini hədəfə gətirdi

redaktor

Sülhün geosiyasəti: ABŞ Cənubi Qafqazın yeni qaydalarını yaza biləcəkmi?

admin

Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü – Həbs edildi

redaktor