İranın ali rəhbəri Əli Xameneyi öz sosial media hesabında paylaşım edərək İsrailin hazırda “dünyanın ən nifrət edilən rejiminə” çevrildiyini və “sionizmə qarşı qlobal müqavimətin formalaşdığını” bildirib.
Buna cavab olaraq, İsrail hökumətinin keçmiş farsdilli sözçüsü Beni Sabti paylaşım edib. O, yazıb:
“Sən artıq qoca və axmaqsan… bütün adamların da ölüb. Bu …anda elə bir boşluq var ki, nə qədər vursaq da, yenə də deyirsən ki, heç nə olmadı. Bizim və İran xalqının səndən xilas olması üçün sevinci yaxınlaşır…”