25 C
Bakı
09 Oktyabr 2025 17:56
GündəmSiyasət

Bütün qonşularla, o cümlədən Rusiya ilə münasibətlər normal olmalı, amma bütün yumurtaları bir səbətə yığmaq olmaz.

Bu il ərzində Rusiya ilə münasibətlər haqqında dəfələrlə publik çıxışlar etmişəm.

25 avqust 2025-ci il: “Rusiyanın ritorikasından, əməllərindən qaynaqlanan, Kreml üzündən yaranmış Azərbaycan-Rusiya gərginliyi səngiyir. Coğrafiya bizim taleyimizdir, buna görə də, bütün qonşularla normal münasibətlər ölkəmiz üçün prioritet olmalıdır. Moskva artıq cazibə mərkəzi, hegemon və bu coğrafiyanın ağası deyil, bir daha da olmayacaq. Rusiya bu yeni reallıqla barışıb yaşamağı öyrənməlidir. Çox güman ki, yaxın günlərdə Azərbaycan və Rusiya liderləri (İlham Əliyev və Vladimir Putin) görüşəcək, gərginlik minimuma enəcək”.

12 fevral 2025-ci il: “Azərbaycanla Rusiya arasında Kremldən qaynaqlanan gərginliyin nə qədər davam etməsindən, münasibətlərin gələcəyindən asılı olmayaraq, rəsmi Bakı iki önəmli məsələdə plan-proqram hazırlayıb, həyata keçirməlidir. Azərabyacan nədən çəkinirsə, Moskva o sahədə təzyiq yaratmağa çalışır və çalışacaq. Biz nə qədər miqrant və aqrar sektor məhsullarının Rusiyaya ixcarı ilə bağlı məsələləri təhlükə kimi görəcəyiksə, Kreml məhz o məsələləri qabardacaq. Deməli, məntiqlə, bu iki məsələni birdəfəlik həll etməliyik ki, nə bu gün, nə də sabah bu iki sahədə təzyiqlə üzləşməyək.

Əvvəl iqtisadi rəqəmlərə baxaq: 2024-cü ildə Azərbaycan Rusiyaya 1 mlrd. 178 mln. dollarlıq mal-məhsul ixrac edib ki, bu da bizim ümumi ixracımızın cəmi 4,4%-ni təşkil edir. Rusiya isə keçən il Azərbaycana 3 mlrd. 621 mln. dollarlıq mal satıb. Yəni, Rusiya bizdən 2 mld. 443 mln. dollar qazanıb. Sabah onlar bizim malı almasalar, deməli, onlar daha çox itirəcəklər. Zatən məhdud ölkələrə mal sata bilirlər. Hə, bu o demək deyil ki, biz də 1,2 mlrd. dollara yaxın mal satdığımız bazardan asılı qalmalıyıq. Hökumət tənbəlliyin daşını atsın, iş adamlarına yaratdığı maneələri azaltsın, bizim fermerlər pomidoru ərəblərə də (obrazlı desək) sata bilərlər.

İkinci məsələ miqrant məsələsidir, hökumət də, bizim media da bu məsələni təhdid kimi görür. Əslində isə bu fürsətdir. Sadəcə hökumət qayıtmaq istəyənləri qapıları açıb qarşılamalı, onların iş qurması üçün şəraiti yaxşılaşdırmalıdır. Qarabağa və Şərqi Zəngəzura 1 mln. insan köçürməliyik. Gedən azdır, Bakıya öyrəşənlər, əsasən də gənc nəsl getmək istəmir. Deməli, Rusiyadan qayıdıb orada yaşamaq istəyənlərə elə gözəl şərait yaradılmalıdır ki, gəlsinlər, qalsınlar, yaşasınlar və yaşatsınlar.

Azərbaycan miqrant və bazar məsələsini təhdid kimi görüb-davranmasa, buna uyğun planı-proqramı olsa, Rusiyanın təzyiq alətlərini neytrallaşdırmaq mümkündür. Sadəcə, işləmək, təşəbbüs göstərmək, insanlara iqtisadi azadlıq vermək lazımdır”.

Xülasə, bütün qonşularla, o cümlədən Rusiya ilə normal, qarşılıqlı hörmətə əsaslanan münasibətlər olmalıdır, amma, bütün “yumurtaları” heç bir qunşumuzun “səbətinə” yığmamalıyıq…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Deputatdan İLGİNC AÇIQLAMA: “Bir erməni oğurluq edibsə, hamısını günahlandırmaq olmaz”

redaktor

Əraqçi İranın “Tramp marşrutu” ilə bağlı narahatlığına dair: ABŞ qoşunları və iqtisadi zərər

redaktor

General Ukraynanın lideri olmaq istəyir – “Zelenski gedəcək, savaş bitəcək”

admin