25 C
Bakı
09 Oktyabr 2025 16:03
CəmiyyətGündəmTəhsil

Biri çıxıb deyir ki, Turan qururuq. Ay zalım oğlu, məktəb sökülüb, təhsil dağılıb ey.

Ən pisi budur ki, xeyli adam dağıdıcılığı quruculuq kimi qəbul edir. Məsələn, kiçik bir kitabxananı söküb, yerində əzəmətli bir qumarxana tikmək quruculuqdu, ya dağıdıcılıq? Yaxud, ədalətin bütün dayaqlarını söküb, dəbdəbəli məhkəmə binaları tikmək gözəllikdir, ya çirkinlik?

Təəssüf ki, çox vaxt yanlış yerdən baxıb, yanlış qənaətə gəlirik.

Adamlar çox vaxt hər şeyi gələcəyin üstünə atır. Amma Zenonun məşhur paradoksunda deyildiyi kimi, gələcək əslində indilərdən ibarətdi. İndilər ard-arda düzülərək gələcək yaradır.

İndilərin dağıdıldığına seyrçi qalanda, gələcəyə etibarlı körpü salmaq olmur.

Azərbaycanda təkcə məktəblərin indiki vəziyyətinə baxmaq kifayət edir ki, gələcəkdən bədgüman olasan. Şagirdi öyrətməki üçün nəşr edilən dərsliklər heç nəyə yaramadığı üçün müəllimlər əlavə kitablar almağı məsləhət görür. Hazırlığa gedən şəgirdlərə də repetitorlar əlavə kitablar aldırır. Bir də baxırsan ki, məktəbdən başlanan keyfiyyətsizliyi sığortalamaq üçün valideyn könüllü soyğunçuluğa məruz qalıb.

Ağır çantalarla yüklənmiş uşaqları məktəbə göndəririk. Sonra o uşaqları məktəbdən götürüb hazırlığa aparırıq ki, məktəbdə keçdiyi dərsləri hazırlıqda öyrənsin.

O biri tərəfdən də biri çıxıb deyir ki, Turan qururuq.
Ay zalım oğlu, məktəb sökülüb, təhsil dağılıb ey. Dövlətin tumanı əynindən çıxıb, sən Turandan danışırsan…

Gələcəyə getmək üçün həqiqi quruculuq lazımdı. Zaman sürətlə gedir….

 

İlham Hüseyin

Tacxeber.com

Oxşar xəbərlər

DSX 200 minlik xidməti at alır.

admin

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi – VİDEO

redaktor

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır” – Prezident

redaktor