17 C
Bakı
08 Oktyabr 2025 03:03
DünyaGündəmKriminal

Türkiyədə həbs edilən məşhur mafioz Necatı Arabaçı kimdir?

Bu günlərdə Türkiyədə həbs edilən məşhur mafioz Necatı Arabaçını çox adam tanımır. Tanıyanlar da oğru, vor və s kimi fəaliyyətlə məşğul olur deyə tanıyırlar. Amma bu adam bildiyiniz böyük bir mafioz, gangsterdir. Avropada böyük cinayətlərə imza atıblar, bəzən hətta polis belə yaxın dura bilmir. 2002-ci ildə Almaniyada tutulanda 9 il iş kəsən hakimə qarşı sui-qəsd edib. Bundan sonra hakim polis nəzarətində yaşamağa məcbur qalıb. Görün müasir dünyadan, yer altında, qaranlıq dünyada kimlər var, kimlər at oynadır.

Necatı Arabaçı 1972-ci ildə Almaniyada anadan olub.

Arabacının cinayət keçmişi 2000-ci illərin əvvəllərinə gedib çıxır, o, 2002-ci ildə dələduzluq, insan alveri, hücum, qəsb və qanunsuz silah saxlama kimi ciddi ittihamlarla Almaniyada həbs edilib. 2004-cü ildə o, təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra Arabaçının adamları iş kəsən hakimə qarşı sui-qəsd həyata keçiriblər. Alman polisi bu cinayətin dəmir barmaqlıqlar arxasından təşkil etdiyi planın üstünü açıb. Lakin hüquqi texniki şərtlərə və rəsmi stenoqramlarda səhv tərcümələrə görə o, bu əlavə ittihamlardan bəraət alıb (hamısı qorxub işi bağlayıblar)

5 il həbsdə yatandan sonra Arabacı “Hells Angels”(dünyada məşhur mafioz qruplaşma) MC-də nüfuzunu tez bir zamanda bərpa etdi 2010-cu ildə o, Türkiyənin İzmir şəhərində yüksək səviyyəli Hells Angels toplantısında iştirak edib və burada “Hells Angels MC Nomads Turkey” şirkətinin prezidenti təyin edildi. 2013-cü ilə qədər, bu təşkilatın keçmiş Avropa lideri Frank Hanebuth həbs edildikdən sonra, Arabacı bədnam dəstənin Avropa qoluna rəhbərlik etmək üçün potensial varisi hesab olunurdu.

2015-ci ildə İspaniya səlahiyyətliləri Arabacıya mütəşəkkil cinayət, qəsb, narkotik alveri və İspaniyada fahişəxanaların idarə edilməsi ilə məşğul olmaqda ittiham edərək, Avropa miqyasında həbs qərarı çıxardı. Buna baxmayaraq o, Türkiyənin öz vətəndaşlarını təhvil verməmək siyasəti səbəbindən həbsdən və mühakimə olunmaqdan yayına bildi (həmin vaxt İzmirdə idi).

Monako mətbuatı yazır:

Arabçı son illərdə xüsusən də Monakoda yenidən görünməsi diqqətləri üzərinə çəkdi. Keçmişini nəzərə alsaq, onun dəbdəbəli knyazlıqda olması onun davam edən fəaliyyəti və təsiri ilə bağlı suallar doğurur. Çoxsaylı ittihamlara baxmayaraq, onun sərbəst səyahət etmək bacarığı onun köklü əlaqələrini və beynəlxalq hüquq-mühafizə orqanlarından yayınma qabiliyyətini nümayiş etdirir.

Necati Arabacı mütəşəkkil cinayətkarlıq, yüksək səviyyəli korrupsiya, insan alveri, və s kimi cinayətdə əli olan olduqca mübahisəli bir fiqur olaraq qalır. O Avropanın bir çox ölkəsində o cümlədən Almaniyada böyük söz sahibidir. Bir çox qumarxanalar, restoranlar, bordellər onun nəzarətində fəaliyyət göstərir. Olduqca dəbdəbəli həyat tərzi, çoxlu sayda qorumaları, lüks maşınları ilə gündəmdə olur. Yaşadığı yerlər isə təkcə ev deyil bir malikanədədir.

Osman Eminov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Səddamı asdı, ABŞ-la vuruşdu, Tehrana qaçdı – ONU TANI

admin

Zəlzələni əvvəlcədən bilmək mümkündür? – VİDEO

redaktor

İlham Əliyev Akarla görüşdü – Foto

redaktor