22 C
Bakı
08 Oktyabr 2025 19:56
MaraqlıPlanet

“Dünyanın sonu” – Odlu Torpaq adası.

Odlu Torpaq adası Cənubi Amerikanın ən böyük adasıdır. Bura əzəmətli “ağ sonsuzluq” Antarktidaya giriş qapısıdır və gözəl təbiəti, pinqvinləri, daimi buzları ilə görənləri heyran edir. Adanın sahəsi 73 min kv km, əhalisi isə 250 min nəfərdən çoxdur.

1881-ci ildə gəlinən razılığa görə adanın çox hissəsi Çilinin bir hissəsi isə Argentinanın ərazisinə daxildir. Lakin əhalisinin çoxu Argentina hissəsində yaşayır. Adanın ən böyük şəhəri Uşuaya şəhəridir ki, Antarktida səfərləri buradan başlayır. Şəhər əsl turistik bir cənnət olmaqla “dünyanın qurtacağı”nda yerləşir.

 

Adanı ilk dəfə F. Magellan kəşf etmişdi. Yerli əhali gecələr soyuq olmasın deyə adada böyük tonqallar yandırırdı. Ondan sonra adanın adı “Tierra del Fuego” yaxud Odlu Torpaq adası olaraq qaldı. Magellan isə elə bilirdiki, bu, od – alov vulkanlara görədir.

Ən yüksək hissəsi Darvin zirvəsidir, hündürlüyü 2488 m-dir. Belə ki, 19-cu əsrdə Çarlz Darvin bura elmi ekspedisiya təşkil etmişdi. O yerli əhalini insanlarla meymunlar arasında keçid forma hesab edirdi (insanla meymun arasında itmiş halqa)

Tierra del Fueqo adası planetdəki həyatın ən ekstremal guşəsi hesab olunur. “Biz yerin ucunda idik!” – adanı ziyarət etdikdən sonra turistlər belə deyirlər. Sərt iqlim, Antarktidaya yaxınlıq, sivilizasiyadan uzaqlıq, əsən küləklər – təbiətin gücünü özünüzdə hiss etmək üçün unikal yerdir.

Sərt, lakin hələ də mənzərəli və maraqlı vəhşi təbiəti ilə yanaşı, turistləri dünyanın ən cənubunda olan dəmir yolu cəlb edir. Keçən əsrdə buradakı həbsxanaya yol üçün üçün tikilmiş, bu gün bu dəmir yolu səyahətçiləri özünə çəkir. Və heyrətamiz dərəcədə gözəl mənzərələr arasından hərəkət edən qatara dünyanın axırındakı qatar deyirlər. Doğurdanda çoox maraqlı və heyrətamiz hisslərdir.

 

1880-ci ildə miqrantların gəlişi, burada qoyun təsərrüfatlarının yaradılması və qızıl tapılması bu torpağın yerli əhalisinə qarşı soyqırım siyasətinin başlanğıcı oldu. Qızıl axtarışı ilə bağlı hər cür macəraçılar buraya axışdılar.

Avropalılar gəlməzdən öncə adada yerli əhali ibtidai icma quruluşunda yaşayırdı. Avropalılar gələndən sonra yerli xalqları məhv etdi. Məsələn: 10 min ildir adada yaşayan “Selknam” xalqı avropalılar tərəfindən bütünlüklə məhv edildi. İndi əhalinin çoxusu etnik xorvatlar, ingilislər, ispan və portuqallardır.

Adanı Antarktidadan Dreyk boğazı ayırır. Burada dəhşətli dərəcədə güclü cənub küləkləri əsir. Bura səfər edən gəmilər o qədər qəzaya uğrayıb ki, hətta gəmi qəbristanlığı var.

 

Ada vaxtilə avropalı cinayətkarların sürgün yeri idi. Sonra onların nəvə – nəticələri firavan bir adaya sahib oldular. 1947-ci ildən sonra ordakı həbsxanalar muzeyə çevrildi.

Bu ərazinin Azərbaycanla bir bağlılığı var. Sizcə nədir o? Əlbətdə ki adı. Odlar Yurdu Azərbaycan və Odlu torpaq adası….

Osman Eminov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qocalmanı ləngidən dərman HAZIRLANDI – Ömrü uzadır?

redaktor

Kompüterin şüasından qoruyan eynəklər yuxuya təsir edir

redaktor

Məhbuslara xərclənməli olan vəsaitlər kimlərin istirahətinə sərf olunub ?

admin