13 C
Bakı
16 Noyabr 2025 09:33
Cəmiyyətİqtisadiyyat

Adnan Əhmədzadə xəyanətinin nəticələri özünü göstərməyə başlayıb

Qazaxıstan Avropaya neft nəqli üçün Azərbaycana yaxınlaşmışdı. Adnan Əhmədzadənin xəyanətkar addımı ilə qardaş ölkəni özümüzdən uzaqlaşdırdıq. Qazaxıstan yenidən Rusiyaya meylləndi. Və bu da nəticəsi.

Almaniyanın DW nəşrinin məlumatına görə, 2026-cı ildə Qazaxıstanın Almaniyaya neft ixracı ayda 130 min tona yüksələcək. “KazMunayQaz” və “Rosneft Deutschland” arasında müvafiq saziş imzalayıblar.

Təchizat Rusiyadan keçən Drujba kəməri ilə həyata keçiriləcək. Qazaxıstanın KazMunayQaz (KMG) və Almaniyanın Rosneft Deutschland GmbH şirkətləri Almaniyaya mövcud neft tədarükü müqaviləsini 2026-cı ilin sonuna qədər uzatmaq barədə razılığa gəliblər. Yenilənmiş şərtlərə əsasən, aylıq tədarük 100 min tondan 130 min tonadək artacaq.

Nəşr qeyd edib ki, bu iddialar oktyabrın 7-də KMG-nin dərc etdiyi press-relizdə yer alıb.

Heydər Oğuz

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayevə şiddətli töhmət – Sərəncam

admin

Həbsdə olan qazi Hacı Vəliyev aclığı dayandırıb

admin

“TikTok-da 4 dəqiqəyə 400 manat qazandım”

admin