Bu ilin yanvar-iyul aylarında Azərbaycan 5 milyard 269,1 milyon ABŞ dolları dəyərində 14 milyard 409,69 milyon kubmetrdən çox qaz ixrac edib.
Gəlin indi qaz alan əsas ölkələr üzrə həcm və qiymətlərə baxaq:
1) Türkiyə Azərbaycandan 1 milyard 594,6 milyon ABŞ dolları dəyərində 5 milyard 791,6 milyon kubmetrdən çox qaz alıb. Hər 1000 m3 qazı, ortalama, 274 dollara alıb,
2) İtaliya ölkəmizdən yanvar-iyul aylarında 2 milyard 743,65 milyon ABŞ dolları dəyərində, 5 milyard 433,78 milyon kubmetrdən çox qaz tədarük edilib. Hər 1000 m3 qazı 505 dollara alıb,
3) Gürcüstan eyni dövrdə Azərbaycandan 159,56 milyon ABŞ dolları dəyərində, 1 milyard 434,4 milyon kubmetrdən çox qaz tədarük edilib. Hər 1000 m3 qazı 111 dollara alıblar.
Yəni, qazı ən baha İtaliyaya (505 dollar), ən ucuz isə Gürcüstana (111 dollar) satırıq. Sadəcə, Gürcüstanda qazpaylayıcı qurum SOCAR-ın törəmə şirkəti olduğuna görə, SOCAR qazı topdan ucuz alıb, əhali və biznesə pərəkəndə baha satıb, daha çox o fəaliyyətdən qazanır.
SOCAR-ın Gürcüstan törəməsi (ümumi adı “SOCAR Gas Group”-dur, amma, ООО “SOCAR Georgia Gas”, АО “SOCAR Georgia Gas Distribution” və АО “Sakorggaz” adlı şirkətlər də var) bu ölkənin büdcəsinə nə qədər vergi ödədiyini vaxtlı-vaxtında açıqlayır, maraqlıdır, SOCAR Gürcüstanda qazandığı vəsaitin nə qədər olduğunu, həmin qazancdan Azərbaycan büdcəsinə nə qədər köçürdüyünü nə vaxtsa elan edibmi, və ya, edəcəkmi?!
Hə, onu da xatırladım ki, məmləkətdə 1200 kubmetrdən 2 500 kubmetrədək olan hissə 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə 30 qəpikdir. Yəni, ölkədə limiti keçən vətəndaş hər 1000 m3 üçün 176 dollar ödəyir, yəni, Gürcüstanın topdan aldığı qiymətdən 65 dollar daha baha…