DünyaSiyasət

Putinin qeyri-adi ad günü hədiyyələri – Tələbə qızlar görün nə hazırlayıblar

Rusiya Prezidenti Vladimir Putin müxtəlif illərdə ad günü hədiyyəsi olaraq kristaldan hazırlanmış timsah, özü haqqında lətifələr toplusu, erotik təqvim və digər qeyri-adi əşyalar alıb.

Tacxeber.com xəbər verir ki, bu hədiyyələrin siyahısını Kremlin jurnalisti Aleksandr Yunaşev öz “Telegram” kanalında paylaşıb.

Belə ki, 2008-ci ildə Putinə “Maşa” adlı Ussuri pələng balası hədiyyə edilib. Heyvan bir müddət Novo-Oqaryovo rezidensiyasında yaşayıb, lakin sonradan Gelencik zooparkına göndərilib.

“2010-cu ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbə qızları hökumət başçısı üçün 2011-ci il üçün erotik təqvim hazırlayıblar. Hər səhifədə alt paltarlı bir qızın fotosu və Putinə müraciət yer alır: ‘Hamıya belə bir kişi gərəkdir’, ‘Meşələri söndürdülər, amma mən hələ də yanıram’, ‘Siz mənim baş nazirimsiniz’ və s.” – deyə Yunaşev bildirib.

2017-ci ildə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Rusiya Prezidentinə Vasili Blajennı kilsəsi və Kolizey fonunda onların təsviri olan yorğan üzü hədiyyə edib. Həmin il Türkmənistan rəhbəri Putinə “Vernıy” adlı Alabay cinsli it bağışlayıb.

Yunaşevin sözlərinə görə, “ən ağır hədiyyə” 2022-ci ildə Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən verilmiş “Belarus” traktoru olub.

Xatırladaq ki, 7 oktyabrda Rusiya prezidenti 73 yaşını qeyd edir. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı həmin gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirəcək və bir neçə xarici nümayəndə ilə telefon danışığı aparacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Rusiya konsulluğunu bağladı

admin

BMT İran rəhbərliyini ölüm hökmünə son qoymağa çağırıb

redaktor

“Bitcoin” yenidən bahalaşır – SON QİYMƏTİ

admin