24 C
Bakı
07 Oktyabr 2025 15:04
DünyaSiyasət

Lukaşenko qiymət artımına qadağa qoydu – Amma “istisanlar da var”

Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabrın 6-dan Belarusda qiymət artımına qadağa qoyulması barədə göstəriş verib.

Tacxeber.com xəbər verir ki, “Belta” agentliyinin məlumatına görə, Prezident bununla bağlı hökumət üzvlərini toplayıb:“Oktyabrın 6-dan bütün qiymət artımları qadağandır. Qadağa qoyuldu! Bu gündən. Sabah yox, bu gündən. Qiymətlər bir gecədə şişməsin. Ona görə də bu gündən etibarən qiymət artımı qadağandır”.

Belarus Prezidenti bu qərarının səbəbini açıqlayıb:“Bu gün də qiymətlər hədsiz dərəcədə artıb. Onlar tavanı vurub. Daha heç bir yerdə qiymət artımına icazə verilmir. Ehtiyac yoxdur. Amma istisnalar da var. Və bu istisnalar nazirin və qubernatorların nəzarətindədir. Bu qədər”.

Lukaşenko həmçinin bununla bağlı hər hansı bağlanma və ya bazardan çıxmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dəhşətli PROQNOZ: Türkiyəni 8 ballıq zəlzələ gözləyir!

redaktor

Netanyahu sərhədə gəldi: Baxın, məhv edirik!

redaktor

Rusiyalı politoloq: “Erməni məsələsində pul qazanan, manipulyasiyalar aparan lobbi məğlub oldu” – VİDEO

redaktor