15 C
Bakı
07 Oktyabr 2025 09:34
CəmiyyətGündəm

Layihə yox, gəlir mənbəyi: ‘2school’ gerçəyi

Çox təəssüf edirəm ki, həqiqətləri demək heç nəyi dəyişməyəcək.

2015-ci ildə Binə qəsəbəsi 117 nömrəli tam orta məktəbdə işləyərkən şagirdlərin məktəbə gəlməsində ciddi problemlər olduğunu müşahidə etmişdim.

Böyük əksəriyyət şagirdlər məktəbə 2-10 km uzaqlıqdan gəlirdi. Bu isə təbii ki, onlar və valideynlər üçün əlavə problemlər yaradırdı. Vaxtında məktəbə çatmaq üçün əlavə nəqliyyat vasitələrinə ehtiyac yaranırdı. Valideynlər bu problemi kiçik tutumlu maşınlarla razılığa gələrək, gündəlik şagirdlərin məktəbə aparılıb gərilməsini təmin edərək həll edirdilər.

Elə həmin tədris ili məktəb avtobuslarının təşkili ilə bağlı yuxarı təhsil orqanlarına müraciət etdim və belə bir layihənin məktəb daxilində təşkil olunması üçün fikirlərimi ifadə etdim. Lakin bu layihənin icrası üçün heç bir addım belə atılmadı.

Layihə isə elə layihə olaraq qaldı.
1 oktyabr 2025-ci ildən bəzi məktəblərdə “2school” layihəsi icra olunmağa başladı. İdeya olaraq gözəl səslənir. Amma bu layihə çox ciddi çatışmazlıqları ilə gündəmə gəldi.

1. Fikir verdiyim qədər nəqliyyat vasitələri kiçik tutumludur.

2. Nəqliyyat vasitələrinin məktəb avtobusu olması haqqında heç bir bildirişə rast gəlmədim.

3. Həmin nəqliyyat vasitələrinin təhlükəsizlik qaydalarının necə təşkil olunmasını görmədim.

4. Şagirdlərin təhlükəsiz mindirilib və düşürülməsi necə təmin olunacaq.

5. Pilot layihə olaraq başlasa da əsas vacib olan məktəblərin heç biri əhatə olunmadı.

6. Ödənişli əsaslarla olan bu layihə çox baha və rentabelli deyil.

7..8.. və. s.
Vacib layihə kimi görsənsə də bu layihə kimlərinsə cibini doldurmaq üçün həyata keçirilən bir vasitə kimi görsənir.
Daha çox yazmaq olar. Amma baxıram ki, məqsədli şəkildə burda sui-istifadəyə yol verilir.

 

Vüqar Məmmədov

Tacxeber.com

Oxşar xəbərlər

Nazirdən özəl bağçalarda ödənişsiz təhsillə bağlı ŞAD XƏBƏR – VİDEO

redaktor

Putin “Barbi” ləqəbli yeni sevgilisi – FOTOLAR

redaktor

Aynur Camalqızı məhkəməyə verildi – İş icraata götürüldü

redaktor