20 C
Bakı
07 Oktyabr 2025 20:26
DünyaSiyasət

İnkar və fakt: Türkiyə hərbi-sənayesinin gerçəyi

O gün İsveçrədə bir türk ailəsinin qonağı olduq. Adam qatı CHP-çidir. Məni inandırmağa çalışdı ki, Türkiyə motor istehsal etmir. Dedim ki, telefonu götür, Google-də axtarış ver. Sor ki, Türkiyə hansı mühərrikləri istehsal edir. Yazdı. Cavabları oxudu. Sonra təəccüblə etiraf etdi ki, sən demə, Türkiyə əməli-başlı mühərriklər istehsal edirmiş…

Bu adam nədən bunu bilmir? Çünki CHP-nin təbliğat maşını bunun kimilərin beynini yuyub. Adamın dünyadan xəbəri yoxdur. Belələri Azərbaycanda da var. Özü də çoxdurlar. Ona görə də bu məsələ ilə bağlı bir daha bəzi məqamlara toxunmaq istəyirəm…

Təyyarə mühərrikinin istehsalının atom bombasından daha mürəkkəb bir iş olduğunu bilənlər bilir. Bu iş o qədər mürəkkəbdir ki, Böyük Britaniya, Almaniya, Fransa və İspaniya Tornado-ya reaktiv mühərrik hazırlamaq üçün bir araya gəldilər və düz 17 ildən sonra reaktiv mühərrik ortaya çıxdı…

Bu gün yalnız ABŞ, Böyük Britaniya, Rusiya və Fransa reaktiv mühərrik istehsal edə bilir. Almaniya və Yaponiyanın istehsal gücü və potensialı var ki, reaktiv mühərrik istehsal etsin. Çin və Hindistan kimi nəhənglər belə hələ də reaktiv mühərriklər istehsal edə bilməyiblər. Çin bunu Rusiya və Ukraynanın dəstəyi ilə etməyə çalışır, Hindistan isə bu istiqamətdə uğursuzluğa düçar oldu və geri çəkildi. Hə, Çin qırıcı təyyarələr üçün mühərrik istehsal edir. Ancaq o motor istənilən gücdə deyil…

Türkiyə KAAN üçün 2028-ci ilə qədər reaktiv mühərrik istehsal etməkdə qərarlıdır. Qardaş ölkənin bunu bacaracağı şübhə doğurmur. Niyə? Çünki Türkiyə son 7 ildə sıfırdan xeyli yeni mühərrik istehsal edib. Yəni bu sahədə böyük təcrübəsi var. Hansılardır?

TS1400 Turboşaft
TF6000 Turbofan
TP400-D6
TJ90 Turbojet
TP38 Turboprop
TJ35 Turbojet
PG50
PD170 Turbodizel
PD222ST Turbodizel
PG50S
PD180ST Turbodizel

Dediyim kimi, bu, son dərəcə mürəkkəb bir işdir. Ancaq Türkiyə və Azərbaycanda Tayyib Ərdoğana nifrət edən bəlli dairələr bütün bu uğurların üstündən məqsədli şəkildə qara bir xətt çəkirlər. Bütün dünyanın etiraf etdiyi uğurları təkidlə inkar edirlər. Türkiyənin hərbi ixracatı 8 milyarda çatıb. Türkiyə bu baxımdan dünyada 10-cu yerdədir. Rəsmi statistika belədir. Bu statistikanı Ərdoğan və onun komandası müəyyən etmir. Bu statistikanı beynəlxalq qurumlar hazırlayır. Qərb mənbələri də daxil olmaqla digər gəlişmiş ölkələr də belə yazırlar. Özü də ortada yüzlərlə, minlərlə fərqli mənbələr var. Ancaq inkarçılar ətəklərindəki daşı yerə tökmürlər.

Məsələn, Altay tankının kütləvi istehsala keçəciyinə bu kəsim qətiyyən inanmırdı. Ancaq Altay tankının kütləvi istehsalına artıq başlandı. Bir gün görəcəksiz ki, KAAN-ın kütləvi istehsalına da start verildi…

Özləri bilərlər. Türkiyə hərbi sənayesinin hazırda gəlib çatdığı yüksəklik möhtəşəmdir. Düşünün ki, Türkiyə hərbi ehtiyacının 80 faizini daxili imkanlar hesabına qarşılayır. Tayyib Ərdoğana qədər bu göstərici 20 faizlə ifadə olunurdu. Bundan sonrası daha da möhtəşəm olacaq…

Əlbəttə, kim Tayyib Ərdoğana müxalifdir, özü bilər. Ancaq siyasi maraqlara görə Türkiyənin hərbi uğurlarına kölgə salmaq, onu kiçiltmək, heçə saymaq olmaz. Bu, nifrətdən yoğurulmuş qərəzdən başqa bir şey deyil…

 

Elbeyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada etrazlar – VİDEO

admin

Almaniya, Polşa və Litvadakı diasporları izləmək üçün Rusiya kəşfiyyatçıları göndərilib. Nələr baş verir?

admin

Ərdoğandan İsveçlə bağlı mühüm gediş: İmzaladı!

admin