18 C
Bakı
07 Oktyabr 2025 23:07
DünyaTexnologiyaTəhsil

Hansı kəşflərinə görə onlar Nobel mükafatına layiq görülüblər?

2025-ci il Fizika üzrə Nobel mükafatını Con Klark (John Clarke, İngiltərə), Mişel Deveroe (Michel H. Devoret, Fransa) və Con Martinis (ABŞ, John M. Martinis) hansı kəşflərinə görə bu yüksək mükafata layiq görülüblər?

Bu alimlər kvant tunelləşməsi (quantum tunneling) və enerji kvantlaşdırılması prinsiplərini makroskopik superkeçirici dövrələrdə uğurla nümayiş etdirdilər.

Sadə dillə belə izah etməyə çalışım:

Adətən kvant hadisələri atom və molekulyar miqyasda baş verir. Üç alim göstərdilər ki, bu kvant effekti tunelləşmə superkeçirici dövrələrdə, yəni makroskopik ölçüdə də baş verə bilir. Bu, kvant mexanikasının yalnız mikroskopik dünyaya aid olduğu anlayışını dəyişdirir və süperkeçirici dövrələrdə kvant effekti istifadə olunmasının mümkünlüyünü isbat edir.
Onların kəşfləri kvant hesablama, kvant kriptoqrafiya, kvant sensorları kimi texnologiyaların inkişafına təkan verəcək. Bu istiqamətdə inkişaf edəcək texnologiyalar, xüsusilə də superkeçirici kvbitlər gələcəkdə kvant kompüterlərinin praktik və sabit işləməsini təmin edə biləcəklər.

İbrahim Nəbioğlu

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi.

admin

Putinin amansız intiqam cavabı: anons vermişdi…

redaktor

Yunanıstan təxribatçı hərəkətlərini davam etdirməkdə israrlıdır – Akar

admin