DünyaMuharibə

Zelenskiyə “kartların yoxdur” deyən Tramp belə ritorikasını dəyişib..

Bir neçə gün qabaq təxmin etdik ki, yaxın gələcəkdə USQ NEZ-lərə və İES-lərə ya növbəli, ya da eynizamanlı zərbələr strategiyasına keçə bilər. Başqa sözlərlə əvvəl hansısa yerdə yanacaq qıtlığı yaratmaq, sonra isə İES-ləri sıradan çıxarmaqla böyük şəhərləri, ya da önəmli rayonları(hansılarda ki hərbi sənaye cəmləşib) işıqsız qoyaraq, iflic etməkdir.

Bu gün yenidən Belqorodun bir hissəsində blekaut(işıqsızlıq) yaşanır. Bu təsadüf deyil.

Görünür USQ, yavaş-yavaş yeni, daha geniş, daha mürəkkəb strategiyanı “dişə çəkir”, yoxlayır.

Və umumiyyətlə hərbi mütəxəssislər qeyd edirlər ki, son gündə zərbələr, 6 ay ərzində ən güclü və genişmiqyaslı zərbə seriyası idi.

Biz ancaq NEZ-lərə zərbələr barədə yazırıq, amma son 24 saatda bu obyektlər vuruldu:

– Sverdlov adına zavod(partlayıcı maddənin ən böyük istehsalçılardan biri).

– Feodosiya neft anbarı.

– Belqorodda kritik enerji infrastrukturu vuruldu. 20-dən çox qəsəbə işıqsız qaldı.

– Bryansk vilayəti İES.

– Tuapsedə də nəsə vuruldu, hələ dəqiqləşir.

Təşəbbüs USQ-dədir və o, güc balansını öz lehinə çevirir, Zelenskiyə “kartların yoxdur” deyən Tramp belə ritorikasını dəyişmək məcburiyyətində idi.

Kamran Cəfərov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Seks həsrətində olan Rusiya əsgərləri hərbi sirləri Ukraynaya “işləyən” qızlara ötürür…”

admin

Baydenin arvadına cinayət işi açıla bilər

redaktor

Ukrayna ordusu “Fırtına.Osetiya” batalyonunun qərargah rəisini məhv etdi

redaktor