Bu fotoya diqqətlə baxın.
Xocavənd rayonunun işğaldan azad edilən Edilli kəndində tapılan bir məzarlıqdır. 12 şəhidin bir yerdə uyuduğu dar bir məzarlıq. Bu 12 şəhidin qalıqlarında əllərinin, ayaqlarının məftil və kəndirlə bağlanmasına da diqqətlə baxın.
Ölümlərindən əvvəl hansı işgəncələrə məruz qaldıqlarını bir Tanrı bilir. Bəlkə də diri-diri torpağa bastırılıblar. Bu 12 şəhid bizim hələ də itkin olan, öldüsü, qaldısı bilinməyən minlərlə insanlarımızdan sadəcə on iksidir.
Şəhidlərimizin öldürülərək və ya diri-diri kütləvi bastırılan yüzlərlə məzarlardan sadəcə biridir. Bizi qisaçılıqda, haylara nifrətə suçlayan şərəfsizlər Azərbaycanın içindəki qisasın nədənini yenəmi anlamadı?
Biz heç nəyi unutmarıq. Bizim başımıza gətirilən bütün faciələrin qisasını tez ya gec alarıq . Bizə insanlıq, torelantlıq dərsi keçənlər də bilsin ki, bizim insanlığımız, torelantlığımız olanda sizin nə özünüz var idiniz, nə dövlətiniz.
Bizə qarşı olmayanlarla, yurdumuza göz dikməyənlərlə işimiz olmaz, amma yurdumuza göz dikənlərin gözünü oyarıq, etdiklərinin də tez-gec qisasını alarıq. Qurdun qisası qiyamətə qalmaz.
Afət Möhbalı