23 C
Bakı
06 Oktyabr 2025 15:05
HadisəŞikayətTexnologiya

RİNN ilə Antiinhisar barışıb?

Ötən həftə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilib.

Əvvəlki Forumdan fərqli olaraq bu Forum Antiinhisarın birbaşa Prezident yanında fəaliyyət göstərən qurum olaraq ilk tədbiri idi.

Bu tədbirlə bağlı açıqlanan məlumatlarda diqqətimi cəlb edən 2 məqam oldu.

Açıqlanan məlumatlardan dərhal gözə dəydi bu Forumda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də iştirak edib.

Daim məşğul olan nazirin hər hansı çıxışının olmadığı halda, həm də ilk dəfə olaraq Antiinhisarın tədbirinə qatılması diqqət cəlb edən məqamdır.

İndiyədək Antiinhisarın tədbirlərində Rəşad müəllimin iştirakını xatırlamıram.

Təbii inhisar subyektlərinə sahib olan bu Nazirlik, əvvəllər də uzun illər Antiinhisarla məhkəmə çəkişmələrində olub və münasibətlər də soyuq olub.

Uzun illər Aztelekom-la Baktelekom -un da birləşməsinə Antiinhisar imkan verməyib, bunla bağlı uzun sürən məhkəmə çəkişmələri olub.

Ötən il də Antiinhisarın RİNN-ə qarşı daha kəskin bir çəkişməsi başlamışdı.

Xatırladıram ki ötən ilin 15 Avqustunda bütün provayderlər Aztelekom dövlət provayderinin təşəbbüsü ilə EYNİ ANDA minimal internet tariflərini qaldrımışdılar.

O zaman Məmməd Abbasbəylinin rəhbərliyi altında olan Antiinhisar provayderlərin bu addımını “kartel sövdələşməsi və vətəndaşların seçim hüquqlarının məhdudlaşdırılması” kimi dəyərləndirərək RİNN-ə qarşı növbəti iş qaldırmışdı.

Maraqlıdır ki, bundan dərhal sonra Antiinhisar-ın yenidən təşkililə bağlı qərarlar qəbul edildi və Məmməd müəllim də tutduğu vəzifədən azad edildi.

İndi görünən odur ki, RİNN ilə Antiinhisar arasında münasibətlər yumşalana oxşayır.

Hələlik Antiinhisarın həmin adı çəkilən “kartel sövdələşməsi” araşdırmasından da xəbər yoxdur.

Xatırladıram ki, təbii inhisar subyekti olan, hazırda AZCON tərkibində fəaliyyət göstərən Aztelekom ötən ilki “15 Avqust Tarif Şoku” ilə Rəqabət Məcəlləsinin 7 maddəsinin tələblərini pozub.

Hazırda hər ay təxminən 100 milyon manat qazanan bu dövlət şirkəti heç olmasa regionlarda minimal tariflərlə bağlı vətəndaşlara seçim imkanı yaratmayıb.

Yeri gəlmişkən, Antiinhisarın Dövlət Agentliyinə çevrilib Forum təşkil etməsində diqqət cəlb edən ikinci məqam da müstəqil ekspertlərin bu Foruma dəvət edilməməsi olub.

Osman Gündüz

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ağadadaş Ağayevin döyülmə videosu – VİDEO

admin

Tacikistan DİN Rusiyanı faktla təkzib etdi – Foto

admin

Ermənilər tərəfindən törədilən Ballıqaya qətliamının ildönümüdür

redaktor