22 C
Bakı
06 Oktyabr 2025 12:15
CəmiyyətŞikayətSiyasət

Qaziləri həbsdə olan xalqın etiraz immuniteti

Azərbaycan hökuməti bu dörd qazimizi – vətən uğrunda canından və sağlamlığından keçmiş bu qəhrəmanları, özləri və övladları barıt qoxusu tanımayan fərarilər, kurtka alverçiləri – sadəcə həqiqəti dediklərinə, 32 illik kleptokrat (oğru) hakimiyyətdən Azərbaycan xalqının haqqını və hüququnu tələb etdiklərinə görə şərləyib, həbs etdirib.

Bu qazilərin hər birinin adını onlayn axtarış sistemlərinə yazın, baxın, görün: onlar İlham Əliyevdən, “hökumətdən” kimin haqqını tələb ediblər?

Sənin, mənim – bütün Azərbaycan xalqının.

Təəssüf ki, bu gün nə Qarabağ veteranları, nə də Azərbaycan xalqı – canlı şəhid sayılan bu qazilərinə – lazımi dəstəyi göstərə, onların azadlığına nail ola bilmir.

Artıq 32 illik Azərbaycan avtoritarizmi və onun başında dayanan şəxs o qədər arxayınlaşıb ki, xalqın etiraz səsini, dirənişini hiss etmədiyi üçün indi də şəhid plakatları ilə “mübarizəyə” başlayıb. Ölkəboyu bütün şəhid plakatları yığışdırılır, onların yerinə “dəmir yumruq” heykəlləri ucaldılır.

Sanki hər yerdə gözümüzü mazol edən ata-bala fotoları, heykəlləri bu xalqın çox da görmək istədiyi nəsnələrdir. Bəşəriyyət son 30 ildə o heykəllərinn neçəsinin boynuna kəndir keçirdi, bunu indi uzaq Nepalda da bilir hər kəs.

Bütün bunlar bir xalqı küçələrə, meydanlara çıxmağa, etiraz etməyə sövq etməliykən, çox təəssüf ki, biz hələ də “dözümlü xalq” olmağın acı yükünü daşıyırıq..

İgid qazilərimizə azadlıq tələb edirik!

Qulu Məmmədli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Mehin Hümbətova: “Xoşbəxtlik ərin corabını yuyub, bozbaş bişirməkdə deyil”

redaktor

Namiq Mənadan Pərviz Bülbülənin paylaşımına REAKSİYA

redaktor

Bəs deyirdilər bağlanıb?! – Qalmaqallı estetik klinika pasiyentləri qəbul edir

redaktor