19 C
Bakı
06 Oktyabr 2025 20:34
Cəmiyyətİqtisadiyyat

Kimdir bizim rəsmi, vergi ödəyən qəhrəmanlarımız?

Azərbaycanda, Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti öz işinə başlayır – fraqmentallaşan Dünyanın yeni güc mərkəzlətrindən birinə çevrilməkdə olan TDT-nın gələcəyinə inanaraq, uğurlar diləyirəm.

Elə bu gün “Forbes” nəşri qardaş Türkiyənin ən varlı 10 insanının adını açqlayıb: 1) Murat Ülker: 5 milyard 400 milyon dollar; 2) Şaban Cemil Kazancı: 4 milyard 500 milyon dollar; 3) Erman Ilıcak: 3 milyard dollar; 4) İpek Kıraç: 2 milyard 800 milyon dollar; 5) Mehmet Sinan Tara: 2 milyard 800 milyon dollar; 6) Semahat Sevim Arsel: 2 milyard 700 milyon dollar; 7) Ferit Faik Şahenk: 2 milyard 600 milyon dollar; 8 ) Filiz Şahenk: 2 milyard 400 milyon dollar; 9) Mustafa Rehmi Koç: 2 milyard 400 milyon dollar; 10) Hamdi Ulukaya: 2 milyard 200 milyon dollar.

Dost Qaxastanın da öz rəsmi siyahısı var: 7,1 milyard dollarla Veçeslav Kim 1-ci yerdədir, 2-ci yerin sahibi 5,8 mlrd. dollarla Timur Tirlovdur, siyahıda 5,3 mlrd. dollarla Timur Kulibayev, 3,7 mlrd. dollarla Bulat Utemuradov və s. insanlar yer alır.

Özbəkistan və Qırğızstanın da öz siyahısı var: Alişer Umarovu saymıram, o Rusiya milyarderidir, amma Özbəkistanda rəsmi var-dövləti 10 mln. dollardan çox olan 44 vergi ödəyicisi, Qırğızstanda isə 10 mln. dollardan çox olan 47 vergi ödəyicisi var.

Aydın məsələdir ki, Türkmənistanla bağlı belə məlumat yoxdur, yaxşı, bəs Azərbaycanda nədən rəsmi milyonçuların siyahısı yoxdur, kimdir bizim rəsmi, vergi ödəyən qəhrəmanlarımız?! Varmı üzü ağ, alnı açıq milyonçularımız?!

Natiq Cəfərli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rafael İsgəndərov şəhid Müşviq Abbasovun səs yazısını yaydı – VİDEO

redaktor

Kofe içmək xərçəng yaradır?

redaktor

IQ-nuz 200 olsaydı həyatınız necə dəyişərdi?

redaktor