24 C
Bakı
05 Oktyabr 2025 16:06
DünyaSiyasət

Gürcüstanda hakimiyyət zorakılıq yolu ilə dəyişməyəcək –  Kavelaşvili

“Ötən gün Gürcüstanda seçkilər demokratiyanın ən yüksək standartlarına uyğun olaraq keçirilib, lakin təəssüflər olsun ki, paralel olaraq hakimiyyətin devrilməsi kampaniyası aparıldı”.

Tacxeber.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstanda zorakılıq yolu ilə hakimiyyət dəyişikliyi heç vaxt baş tutmayacaq və müdrik gürcü xalqı buna imkan verməyəcək.

M.Kavelaşvili Gürcüstanda xarici xüsusi xidmət orqanlarının tapşırıqlarına uyğun hərəkət edən qüvvələrin hələ də fəliyyət göstərdiyini təəssüflə qeyd edib.

“Prezident iqamətgahı yaxınlığında törədilmiş zorakılıq aktı bağışlana bilməz. Ötən gün xarici xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə hərəkət edən qüvvələr Gürcüstanda vətəndaşları hakimiyyəti devirməyə çağırıblar. Bununla bağlı sərt reaksiya olacaq”, – deyə dövlət başçısı əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Aİ-nin Rusiyaya qarşı sanksiyalarını pozanları 5 il həbs və cərimə gözləyir

redaktor

İran prezidenti: İsrail şəhərlərini yerlə-yeksan edəcəyik

redaktor

Ukraynanın mərkəzində partlayışlar baş verdi

redaktor