CəmiyyətGündəm

Etibarnamə etibarsızlığı…

Yüz minlərlə sürücünün havayı başağrısına, minlərlə də məmurun rüşvət və həm qazanc mənbəyinə çevrilən bu sürücü Etibarnaməsi hüquqi absurdluğu barədə neçə dəfə yazaq?

Sovetlər hakimiyyət sisteminin sıravi vətəndaş əksəriyyətinə: maşın alma, ev tikmə, imkanlı güzəranda yaşamağa hər cür mane olduğu dövrdən qalan, dünyanın heç yerində və hətta postsovet məkanında tətbiq edilməyən köhnə sürücülük Etibarnaməsi tələbi qaydası bizim Azərbaycan məmurlarına necə şirin və sərfəli gəlibsə, bu nemətdən heç cür əl çəkə bilmirlər.

Adını da qoyurlar ki, bu 5, 10 ya 50 min manat qiymətli maşın sənin adına deyilsə və sürməyə də rəsmi etibarnamə yoxdursa, demək ki, sən bu maşın əmlakı ya oğurlayıb, ya qaçırtmısan. Sual yaranır, qolunda 1 milyonluq dəyərdə saat gəzdirən oliqarx oğulları niyə etibsrnaməsiz istifadə edir? Bəlkə oğurlayıb, ya qaçırdıb? Və yaxud yüz minlər dəyərdə zinət əşyası taxan varlı qız-qadınlara belə sual yönəlsə necə olar?

Və ya digər bəhanə fikirləşirlər, radara düşsə, hadisə törətsə etibarnaməsiz onu necə tapaq? 100 milyon sakinli, on milyonlarla maşını olan Almaniyada etibarnaməsiz bəs, necə tapırlar? Maşın sahibi var, o cavabdehdir maşını etibar edib veribsə. Verməyibsə, kimsə icazəsiz onu qaçırıb, ya oğurlayıbsa, versin polisə istintaqa, “uqon” kimi. Qaldı ki, bu etibarnamə bir neçə, tutaq ki, 3-4 nəfərə verilibsə, onlar qeydiyyata alınıbsa, hansına yazacaqsan cəriməni, “balı”?

Etibarnaməsiz tənzim üsulu tətbiqi çətindirsə, 1-2 savadlı yol polisi ezam edilsin Almaniyaya, orada bu məsələni öyrənib gətirib, anlatsınlar. Heç çətin iş də yoxdur bu tətbiqdə, istək olsa.

Problemi yaradan bir hal da odur ki, məmurlar, ya deputatlar, yaxın qohumları etibarnaməsiz rahat sürə bilirlər maşını, onlardan tələb edən, söz deyən yoxdur. Tələb edən olsaydı, bu ağrılı problemi MM-də qaldırıb çoxdan ləğv edərdilər.

Bəsdirin, bu sıravi camaatı boş, mənasız, artıq xarici ölkələrdə təəccüblə danışılan bu gülünc, məntiqsiz Etibarnamə adlı qadağalarla yormaq. Onsuzda dünyanın gərgin çətin krizis dövrüdür.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Fərid Qayıbovun yerinə Samir Şərifov təyin olundu

redaktor

Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır- Ekspertdən haqlı suallar

redaktor

Elə sülh müqaviləsi imzalaya bilmərik ki, 6 ildən sonra…

redaktor