21 C
Bakı
04 Oktyabr 2025 22:01
DünyaHadisəSiyasət

Gürcüstanda “hakimiyyətin dinc devrilməsi” aksiyası başladı.

Bu gün Gürcüstanda bələdiyyə seçkiləri keçirilir. Müxalifət seçkiləri boykot edərək “hakimiyyətin dinc devrilməsi” adlı aksiyaya start verib.

Oturuşmuş demokratik institutları olmayan ölkələrdə hakimiyyət dəyişikliyi bir çox siyasi, əsasən də geosiyasi faktorlardan, regional və qlobal aktorların maraqlarından asılı olur.

Gürcüstandaki siyasi proseslərin geosiyasi tərəfi və bugünkü etirazlarlarla bağlı vacib məqamlarları vurğulamalıyıq:

1) Hakim “Gürcü Arzusu”nu hərtərəfli dəstəkləyən Rusiya, qlobal miqyasda olduğu kimi, Cənubi Qafqaz regionunda çox ciddi şəkildə zəiflədi. Rusiyanın təsir imkanları da məhduddur.

2) Etirazçılar və etirazların təşkilatçıları son dərəcədə qətiyyətli və radikal ritorikanı seçdilər.

Misal üçün bugünkü etirazların əsas təşkilatçılarından biri Paata Burçuladze deyib:”Əvvəllər belə olurdu, toplaşırdılar, “yeni (parlament) seçkilər təyin edin!” – deyə qışqırırdılar, 200 min nəfər küçələrə çıxırdı və sonra evlərinə qayıdırdılar. 4 oktyabrda belə olmayacaq. İnsanların sadəcə evlərinə dağılmasına necə yol verə bilərik? 4-də başlayacağıq, 4-də bitirəcəyik. 4 oktyabrda istədiyimizə nail olacağıq”.

Diqqətlə izləyirik.

Kamran Cəfərov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qusmanın işdən çıxarılması necə Rusiya təbliğatının karnavalına çevrildi

redaktor

Ramanada mazutluq sahədə yanğın başlayıb

redaktor

“Suriya bütöv qalmalıdır və federalizm gərəksizdir”

admin