Azərbaycandan Antarktidaya getmək üçün ən optimal marşrut- İstanbul – Madrid – Santiago (Çili) və ordan da ən cənubda olan şəhər Punta – Arenas- Antarktida. Maraqlısı budur ki, bu şəhərdə əhalinin bir qismi xorvatlardır. Əcəba Odlu Torpaq adaları hara Xorvatiya hara..
– Ucsuz-bucaqsız buz qatı ilə hərəkət edərkən dayanıb 3-4 dəqiqədən artıq istirahət etmək olmaz. Çünki, bu zaman hərəkətsiz bədən soyumağa başlayır
– hərəkət edərkən qətiyyən sıradan geri qalmaq olmaz. Çünki, Antarktida elə bir yerdir ki, orada hər kəs özünü düşünür. Orada Ziqmund Freydin şüuraltı qanunları işləyir, sosial maskalar yoxdur. Hətta sənin yanında nazir də olsa onun dedikləri sənin üçün ciddi deyil.
– Sual oluna bilər ki, əgər burada yağış yağmırsa bu qədər buz hardandır? Cavab budur ki, Antarktida nə qədər quru olsa da mənfi temperatur şəraitində azda olsa rütubət var. Havadakı bu rütubət donmuş şeh formasında səthə düşür. Məsələn: Ən quraq yerlərdən biri olan Saxara səhrasını qütbə gətirsək yavaş – yavaş buz qatı yaranacaq.
– Ən təhlükəli relyef formalarından biri “Gravas” adlanan formalardır. Belə ki, bu çatlara hər ekspedisiyada 2-3 adam düşür. Ya dərinə qədər çıxıb gedir, ya da qolu – qıçı sınmış halda çıxırlar oradan.
– Antarktidaya səyahət edən bir neçə səyyahın kitabını oxuyanda aydın olur ki, orada beyində çox az fikir olur. Ancaq getdiyin yerə getməkdən başqa heç nə olmur. Elə ki, istirahət üçün çadıra girirsən, isti olan kimi beyində fikir çeşidləri artmağa başlayır, qəribədir.
– Antarktidaya səfər edən səyyahın gündəliyindən bir parça:
“Hərəkət zamanı enerji itkisi intensivliyi o qədər güclü idi ki, hətta eynəyin içərisində gözlərdən və onların ətrafından azacıq da olsa buxarlanan isti rütubət uçub getməyə macal tapmamış, eynəyin şüşələri üzərində donaraq onların şəffaflığı 90-95% azaldırdı. Ətrafı zorla görürdük. Elə bil ki, trans vəziyyətində idik. Bütün varlığın, beyninin bütün gücü bir əmri səsləndirdi. “Davam et, təslim olma”
Məhz bu dəqiqələrdə ikinci dəfə idi ki, Antarktidanın səsini duymağa başlamışdım.
Gah uşaq çığırtısı, gah haray çəkən qadın səsi insanı diksindirir, ətrafa boylanmağa məcbur edirdi.
– Güclü şaxtanın təsirindən qan donmağa başlayır və minlərlə iynələr damarlara batır. Dəhşətli ağrının sonunda tamam keyiyir və heç nə hiss edilmir. Temperatur isinən zaman key açılır və çürümə başlayır. Kəsilmə labüddür :
– Əgər qarşıda nəsə bir şey varsa elə bilmə ona tezliklə çata bilərsən. Ona çatmaq üçün günlər lazımdır, çünki piyada bir gündə ən yaxşı halda 5-10-15 km getmək olur. Təsəvvür edin 8 km qarşıda olan şeyi görürsən amma bir gün sonra ona çata bilirsən)
– Antarktidada saatı neçə müəyyən edirlər?
Bildiyimiz kimi Antarktida heç bir ölkəyə aid olmasa da əslində qitə bir neçə ölkə tərəfindən sektorlara bölünüb. ABŞ, Rusiya, Yeni Zelandiyanın, Çili və tərəfindən. Ölkədə saat neçədirsə o sektorda da ölkənin saatı hakimdir. Məsələn: Düz cənub qütbünü özündə Yeni Zelandiyanın vaxtıdır.
– Cənub qütbünün düz ortasında ABŞ -ın Amundsen – Skot stansiyası yerləşir. Bu stansiyanın tikilməsi 500 mln dollara başa gəlib. Ən müasir cihazlarla və avadanlıqlarla təmin edilib. Məsələn: Ən böyük problem stansiyada yanğının olmasıdır. Çünki əgər stansiya yansa içindəki insanlar qısa zaman ərzində donub ölərlər. Ona görə də stansiya hissələrlə bölünüb. Əgər bir hissədə yanğın olsa bütün hissələr aşağı enir, yanan hissə tam izolə olunur və söndürülür. Bu stansiyada yay aylarında (dekabr, yanvar, fevral) 300 -ə yaxın işçi çalışır, qışda isə cəmi 30 nəfər qalır (-70°C temperatur olur)
– Rusların “Vostok” stansiyası isə əlçatmazlıq qütbündə yerləşir və çoxdan tərk edilib, tək – tənha qalıb….
Osman Eminov