Rusiyada benzin qıtlığı getdikcə paytaxta yaxınlaşır.
Tacxeber.com xəbər verirki, bu barədə rus teleqram kanalları məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, artıq Moskva vilayətində yanacaq təchizatında fasilələr başlayıb, bəzi yanacaqdoldurma məntəqələri məhdudiyyətlərlə işləyir.
Moskvada çaxnaşma və nəqliyyatın çökməsinin qarşısını almaq üçün benzin təhizatı son dəqiqəyə qədər saxlanılır, lakin logistika və regionlardan yanacaq daşınması ilə bağlı problemlər artıq göz qabağındadır. Mənbələrin sözlərinə görə, böyük yanacaq şirkətləri çətinliklərin miqyasını gizli saxlamağa çalışırlar.
Sənaye insayderləri etiraf edirlər ki, ölkə daxilində tədarükün yenidən bölüşdürülməsi getdikcə çətinləşir. Nəticədə rayonda sürücülər artıq yanacaqdoldurma məntəqələrində növbə ilə üzləşiblər. Regiondakı çatışmazlıq ehtiyatlar hesabına ödənilir, lakin vəziyyət belə davam edərsə, fasilələr Moskvanın özünə də çata bilər. Energetika Nazirliyinin rəhbərinə yaxın mənbə deyir ki, böhran praktiki olaraq artıq yaxındır.