CəmiyyətDünya

Rusiya vətəndaşlarının 16 faizi Putinə etibar etmir –SORĞU

Rusiya vətəndaşlarının  79,1%-i prezident Vladimir Putini dəstəkləyir.

Tacxeber.com bildirir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə İnstitunun keçirdiyi sorğunun açıqlanan nəticələrinə qeyd olunub.

Araşdırma nəticəsində məlum olub ki, respondentlərin 75,4%-i dövlət başçısının fəaliyyətini bəyənir. Rusiyalıların cəmi 16%-i prezidentə etimadsızlığını bildirib. Respondentlərin 14,6%-i onun fəaliyyətini mənfi qiymətləndirib.

Respondentlərin 47,9%-i Rusiya hökumətinin fəaliyyətini bəyənib. 20% Nazirlər Kabinetinin fəaliyyətini bəyənməyib. Respondentlərin 60,1%-i baş nazir Mixail Mişustinə etibar etdiyini bildirib. Sorğuda iştirak edən rusların 19,7%-i əks fikir bildirib.

Dövlət Dumasına yaxın vaxtlarda seçkilər keçirilsə, səs verəcək partiyadan danışarkən respondentlərin 34,4%-i Vahid Rusiyanı, 10,9%-i Rusiya Liberal Demokrat Partiyasını, 9,7%-i Rusiya Federasiyası Kommunist Partiyasını, 8,6%-i Yeni Xalq Partiyasını, 3,6%-i “Ədalətli Rusiya Uğrunda – Vətənpərvərlər” partiyasını qeyd edib.

Respondentlərin 9,3%-i heç bir parlament partiyasının adını çəkməyib.

Sorğu 22-28 sentyabr tarixlərində mobil nömrələrin təsadüfi seçilməsi ilə telefon müsahibələrindən istifadə etməklə aparılıb. Sorğuda yaşı 18-dən yuxarı olan ümumilikdə 1600 rusiyalı iştirak edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Vətən müharibəsindən sonra 104 şəhid övladı doğulub

redaktor

Konqres Ukrayna və İsrailə yardım qanunlarını qəbul etdi

redaktor

Ukrayna Baş Qərargahı: “Son sutkada 650 işğalçı zərərsizləşdirilib”

redaktor