23 C
Bakı
03 Oktyabr 2025 15:22
DünyaSiyasət

Qəzza konfliktinə son verilir. Həll planı.

Görünən odur ki, Yaxın Şərqdə Rusiya və İranın təşkil və dəstəyi ilə mövcud olan, bütün region və dünyaya ziddiyyət yayan, əslində isə, Avropa və Qərbə başağrı məqsədli qanlı-qadalı konflikt ocağına son verilir. Onilliklərlə həlli tapılmayan Qəzza-İsrail ziddiyyətinin nəhayət ki həlli tapılır.

ABŞ prezidenti Tramp Qəzza zolağında savaşa son qoymaq planını təqdim edib. Plan Ərdoğan və Netanyahu ilə artıq razılaşdırılıb. Və Türkiyə, Səudiyyə, İordaniya, Misir, BƏƏ, Qətər, Pakistan İndoneziya və Avropa Birliyi artıq Tramp planını dəstəkləyiblər, onlarsız bu plan həyata keçməz.

Və Fələstin Milli Administrasiyası (yəni, əsas böyük Fələstin) və onun lideri Mahmud Abbas da artıq, Trampın bu təşəbbüsünü dəstəkləyib.

Qlobal əhəmiyyətli Plan nədən ibarətdir?

İlk növbədə, Qəzza bölgəsində atəşkəs elan edilir. Və Qəzza zolağındakı İsrail qoşunlarının irəliləməsi dayandırılmalıdır.

Sonra, terror təşkilatı Həmas və müttəfiqləri üç gün ərzində bütün israilli girovları (təxminən 20 nəfər) azad etməli və ölənlərin (təxminən 50 nəfər) cəsədlərini təhvil verməlidir.

Ardınca İsrail həbsxanalarında ömürlük həbs cəzası çəkən 250 fələstinli və 2023 7 oktyabrda HƏMAS-ın İsrailə hücumu sonrası həbs edilmiş 1700 qəzzalı azad edilməlidir.

Növbəti addım tərksilaha və həm İsraillə sülh şəraitində yaşamağa razı olan HƏMAS-ın bütün üzvləri silahları yerə qoymalıdır, İsrail də onlara tam amnistiya elan etməlidir.

Bundan da əlavə, BMT agentliklərinə 2025-ci ilin yazından etibarən müstəsna səlahiyyətlərə malik olan, ABŞ-İsrail Qəzza Humanitar Fondu ilə birlikdə Qəzza zolağına humanitar yardımın idxalı və paylanmasına yenidən icazə verilməli.

Qəzzanı idarə etmək üçün “müvəqqəti, keçid, texnokratik apolitik “Fələstin komitəsi” yaradılır. Onun tərkibinə “ixtisaslı fələstinli və beynəlxalq ekspertlər” daxil olur.

Fələstin Komitəsi Trampın sədrlik etdiyi və digər dövlətlərin nümayəndələrinin iştirakı ilə xüsusi beynəlxalq qurum olan “Sülh Şurasına” hesabat verməlidir.

Şura və Komitə hələ ki, Qəzzanı o müddətdə idarə edəcək ki, Fələstin Milli Administrasiyası (yəni İordan çayı tərəfdəki əsas böyük Fələstin) Zolağın idarəçiliyini öz üzərinə götürməyə hazır olmaq üçün, lazımi islahat həyata keçirənədək.

Bundan başqa…

Planda xüsusi olaraq o qeyd edilir ki, Qəzzadan heç bir sakin istəyinə əks, zorla çıxarılmamalı.

ABŞ Qəzza zolağı üçün yüksək iqtisadi inkişaf proqramı təqdim edir və Qəzza isə, beynəlxalq investorlar üçün cəlbedici xüsusi iqtisadi zona səviyyəsinə çevrilməlidir.

Plan üzrə Qəzza hərbsizlışdirilməli və həm dini radikalsızlaşdırılmalıdır. Bu, təkcə hərbi, terror infrastrukturunun (məsələn, “Qəzza metrosu”– yeraltı tunellər şəbəkəsi və HƏMAS bunkerləri şəbəkəsi) tərksilah edilməsi və sökülməsi deyil, həm də cəmiyyətin “ideoloji yenidən qurulması” proqramı və həm də qonşu İsraililə dostluqdur.

Bütün bu tədbirlərin həyata keçirilməsi təmini üçün Beynəlxalq Stabilləşdirmə Qüvvələri (ISF) məsuliyyət daşıyacaq. Plan üzrə İsrail ordusu Qəzzadan tədrici.çəkilməli və əraziyə nəzarət də həmin bu İSF-yə verilməlidir.

Planda İsrailin tam diplomatik əlaqələri olan ən yaxın qonşular İordaniya, Misirlə məsləhətlərdə “ərəb və beynəlxalq tərəfdaşlar”ın da yer alması bildirilir. Həmin ölkələr həm də yeni Qəzza polis qüvvələrinin formalaşmasına kömək edəcəklər.

Planın yekun bəndində o da deyilir ki, Birləşmiş Ştatlar “dinc yanaşı yaşamaq və firavanlıq üçün və siyasi yöndə razılığa gəlinməsi üçün İsrail və Fələstinlilər arasında anlaşma, dialoq quracaq.

Tramp bildirib ki, HƏMAS-ın təklifi qəbul etmək üçün üç-dörd günü var. Terror təşkilatı bundan da imtina edəcəksə, o zaman İsrail ABŞ-ın tam dəstəyi ilə “gərəkən nə lazımdırsa onu edəcək”.

Qətərdə qərarlaşan HƏMAS-ın siyasi rəhbərliyi təcili olaraq, Qətər və Türkiyə nümayəndələri ilə görüşməyi planlaşdırırlar. Artıq, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın Trampın Qəzzadakı vəziyyəti həll etmək planını müzakirə üçün Qətərə gəlib. Çox güman ki, son ultimatum və şans veriləcək burada HƏMAS-a.

Belə görünür ki, proseslər dinc və sivil Fələstin dövlətinin qurulmasına aparır. Həyatda, heç nə daimi deyil, od-alov, dava-qırğın da. Axır, həmin regiona İsrail-Fələstin sülhü gəlməlidir. Necə ki, Cənubi Qafqaza Azərbaycan Ermənistan sülhü gəldi, Rusiya-İran cütlüyü əlini çəkəndən sonra.

Və o görünür ki, Rusiya, Çin, İran, ya Hindistan kimi dövlətlər bu mühüm məsələnin həllindən kənar qoyulub. Bu ölkələrədir, həmin regionda, münaqişə sərf edən, Cənubi Qafqazdakı kimi. Rusiya, İran, Hindistan idi, Ermənistana silah verib işğal-münaqişənin davamına çalışanlar.

Bu sülh planı Türkiyə və Ərəb ölkələrini ABŞ-ın Avropanın ətrafında siyasi baxımdan daha sıx birləşdirir. Hiss olunur ki belə bir plan Ukrayna bölgəsi üçün də var, Rus terrorunu bitirrməklə.

Xəritədə, Fələstin dövləti üçün Tramp planıdır.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan Azərbaycana daha bir nəqliyyat dəhlizi təklif edib

admin

Tramp Rusiya siyasətinə qarşı səbrini itirir

redaktor

“Rusiya bu savaşda məğlub olmalıdır, hətta kimsə buna şübhə etməkdə davam edəcəksə…” – Podolyak

redaktor