23.4 C
Bakı
15 İyun 2026 15:35
DünyaSiyasət

Orbandan qorxunc XƏBƏRDARLIQ – “Macarıstan Rusiya ilə müharibəyə cəlb olunacaq”

“Ukrayna Avropa İttifaqına üzv olacağı təqdirdə, Macarıstan da Rusiya ilə müharibəyə cəlb olunacaq”.

Tacxeber.comxəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiosuna müsahibəsində bildirib.

Orban qeyd edib ki, Ukraynanın taleyi Rusiyanın qonşuluğunda yaşamaq və daim ruslarla müharibə aparmaqdan ibarətdir.

“Biz bunu dəyişə bilmərik. Amma əgər biz ukraynalılarla federativ quruluşda birləşsək, deməli, biz də ruslarla vuruşacağıq”, – deyə baş nazir vurğulayıb.

Macarıstan hökumət başçısı əlavə edib ki, hər bir xalq digər dövlətlərlə ittifaqa qoşulmaq məsələsində müstəqil qərar verməlidir.

Onun sözlərinə görə, bu məsələdə 26 digər üzv ölkənin fikri deyil, yalnız Macarıstanın mövqeyi əhəmiyyət kəsb edir. O, ölkədə aparılan sorğuya istinad edərək, əhalinin əksəriyyətinin Ukraynanın Aİ-yə daxil olmasına qarşı olduğunu bildirib. Orban həmçinin xatırladıb ki, apreldə keçirilən referendumda iştirak edənlərin 95%-i Kiyevin üzvlüyünə etiraz edib.

“Ukraynanın çox ağır taleyi var. Niyə biz bu ağır taleyi paylaşmalıyıq?” – deyə Orban sual edib.

Baş nazirin sözlərinə görə, Avropanın hərbi strategiyası yanlış təsəvvürə əsaslanır: guya Rusiya resurslarını tezliklə tükəndirəcək və bu, Aİ-dən daha əvvəl baş verəcək. Orban bunu “illüziya” adlandıraraq, belə mövqenin maliyyə baxımından da əsassız olduğunu vurğulayıb.

O, dəfələrlə bəyan edib ki, Budapeşt Ukraynanın Aİ və NATO-ya üzvlüyünə qarşı çıxır. Orbanın fikrincə, bu, Avropada “sonsuz müharibəyə” gətirib çıxaracaq, Aİ ölkələrinin vergi ödəyiciləri isə onilliklərlə Ukraynanın milyonluq ordusunu maliyyələşdirməyə məcbur olacaq, nəticədə Macarıstan iqtisadiyyatı dağıdılacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan: “Aİ missiyasının daimi olmasına çalışmalıyıq“

redaktor

“Ermənistandan dəhliz ola bilməz” – İran səfiri

redaktor

Rusiyanın zabitinə qarşı SUİ-QƏSD – DETALLAR

admin