DünyaMuharibə

Kremldə əhval-ruhiyyə

Bilirsiniz ki, Aleksandr Duqin Rusiya siyasi elitasında xüsusi yer almış şəxsdir, Duqin nə az, nə çox Kremlin əsas ideoloqu hesab olunur və radikal-aqressiv siyasi mövqeyilə fərqlənir.

Duqinin son bəyanatlarından biri diqqətimi çəkdi və heç şübhəsiz ki, bu bəyanat siyasi elitada hökm sürən əhval-ruhiyyəni əks etdirməklə yanaşı, əhaliyə verilən mesajdır.

Oxuyaq:

Yəqin ki, yaxın(!!!) vaxtlarda müharibə ilə bağlı vəziyyət daha da gərginləşəcək. Mən burda “Tomahawk”lardan danışıram. Təsadüfi deyil ki, bu gün Rusiyanın şəhərlərində təlim həyəcan siqnalları verildi. Hər kəs ən yaxın bomba sığınacaqların yerini bilməlidi.

Bu anda həm də Peskovun yaxın günlərdə verdiyi mesajı xatırlamaq yerinə düşər:”Rusiyalılar Putinə görə məhrumiyyətlərə və çətinliklərə dözməyə hazırdılar”.

Kremldə ümumi əhval-ruhiyyə və xalqa verilən mesajlar bunlardır.

Kamran Cəfərov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azərbaycanlı iş adamı Türkiyədə 4 milyon avroya klub aldı – FOTO

redaktor

“Camaatı küçəyə çıxarmaq üçün ölüm-dirim mübarizəsi aparacağam” – “Arabo” terror dəstəsinin komandiri

admin

İsrail və ABŞ-ın Türkiyə planında nələr var? – Şəngördən şok

admin