DünyaSiyasət

Erməni konsul məlumatları azərbaycanlı sevgilisinə ötürürmüş

Ermənistan XİN-in dövlətə xəyanətdə ittiham olunan əməkdaşı Aşxen Arakelyanın işi üzrə ilkin istintaq tamamlanaraq məhkəməyə göndərilib.

Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinə istinadən “Sputnik Ermənistan” yayıb.

İddiaya görə, XİN əməkdaşı vacib məlumatları sevgi münasibətləri yaşadığı Azərbaycan vətəndaşına ötürüb.

Xatırladaq ki, Ermənistanın Avstriyadakı konsulu olduğu bildirilən A.Arakelyan bu ilin iyununda İrəvanın “Zvarnots” aeroportunda saxlanılıb. Lakin hadisə ilə bağlı məlumat avqust ayında açıqlanıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp İrana hücum əmri verəcəkmi?

redaktor

Ramiz Mehdiyevlə Adnan Əhmədzadəni nə birləşdirir?

redaktor

ABŞ-ın “aslan qırığı” taktikası

admin