Baykal gölü Rusiyanın Sibir bölgəsində dünyanın ən dərin gölüdür. Sahəsi 31,5 min kv km-dir. Təxminən Belçikanın sahəsi boydadır.
– Baykal gölünün dərinliyi o qədər çoxdur ki, əgər gölü bəsləyən mənbələr kəsilsə 400 ilə suyu tam buxarlanar.
– Göldə qitə çöküntüləri çox azdır, hətta 25-30 mln ilə malik süxurları asanlıqla tədqiq etmək mümkündür.
—Baykal gölündə yaşayan canlıların təxminən 80%-i endemikdir, yəni yalnız bu göldə mövcuddur. Məsələn, nerpa (Baykal suitisi) dünyada yalnız burada yaşayan yeganə şirin su suitisidir.
– Göl planetdə olan donmayan şirin su rezervlərinin 20%-ni özündə birləşdirir.
– Göl tektonik ayrılma sahəsində yerləşir. Beləki, Avrasiya və Amur tavanlarının divergent sərhəddində olduğu üçün gölün sahəsi hər il genişlənir.
– Gölün dibinə ilk dəfə 2008-ci ildə rus ekspedisiyası enə bilib.
– Göldə qayıqla gəzmək insana qəribə təəsürat yaradır. Beləki, gölün suyu həddindən artıq şəffaf olduğundan qayıqla gəzərkən sanki boşluqdaymış kimi hiss edilir. Elə təsəvvür edin ki, qayıqla havada gəzirsiz)
– Qışda buz bağlayan gölün üzündən maşınlar hərəkətə gəlir. Hətta Rus – Yapon müharibəsində gölün üstündən müvəqqəti olaraq dəmiryol xətti çəkilmişdi.
– Yaz aylarında göldə buz çatlayır və qırılmağa başlayır. Bu qırılma səsləri turistlər üçün qorxunc olsa da yerli xalq üçün adi səslərdən biridir
– Gölün yaxınlığında İrkutusk şəhəri yerləşir. Hansı ki, böyük Azərbaycan şairi Hüseyn Cavid bura sürgün edilmişdi.
—Qış aylarında gölün üzərində əmələ gələn buzun qalınlığı 1 metrdən çox ola bilər. Günəş çıxanda və temperatur dəyişəndə buzun içində sanki musiqi aləti kimi səslər yaranır – bu səslər “Baykalın musiqisi” adlanır və turistlərin ən çox eşitmək istədiyi təbii hadisələrdəndir.