DünyaSiyasət

Britaniyanın xarici kəşfiyyatı Mİ6-ya ilk dəfə qadın rəhbərlik edəcək

Britaniya kəşfiyyatının zabiti olan Bleyz Metreveli Mİ-6-nın rəhbəri vəzifəsinə təyinat alıb və o bu vəzifəni tutan ilk qadın olub.

 “The Times” qəzetinin məlumatına görə, o, oktyabrın 1-də məxfi xidmətə beş il rəhbərlik etmiş Riçard Murdan sonra vəzifəsinin icrasına başlayıb.

48 yaşında Metreveli 1909-cu ilə qədər uzanan Mİ6-nın tarixində ən gənc rəhbərdir.

O, 1999-cu ildə xarici kəşfiyyatda işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqdə müxtəlif yerlərdə keçirib.

Məlumatda həmçinin bildirilir ki, o, ərəb dilini mükəmməl bilir və uşaqlıqda Səudiyyə Ərəbistanında yaşayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın 1.1 milyon ton mazutu Sinqapur sahillərində qalıb

redaktor

İran yenidən İsrailə hücum edəcək

redaktor

Rusiya Estoniyanın baş nazirini axtarışa verdi

redaktor