23 C
Bakı
03 Oktyabr 2025 18:19
CəmiyyətKriminal

Azərbaycanda 4 nəfər dövlətə xəyanətdə ittiham olunur –Biri hərbçidir

Azərbaycanda içlərində hərbçi də olmaqa 4 nəfər dövlətə xəyanətdə ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub. Həmin şəxslər bir müddət əvvəl həbs ediliblər.

Xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar. Onlardan Vüsal Ağayev hərbçidir.

DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniya Haşimilər Krallığı ərazisində, Məmməd Şərifov isə Türkiyə Respublikası ərazisində ələ keçirilərək Azərbaycan Respublikasına gətiriliblər.

Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

 

Oxşar xəbərlər

Bəlkə də biz sinə vurmaq əvəzinə vicdanımıza vuraq?

admin

Fazil Mustafaya sui-qəsdə görə həbs olunmuş şəxsin oğlu da tutuldu

redaktor

“Qubad İbadoğlu çöldə kef edir, bu, həbsdə qalıb” – Həbsdə olan iş adamının MƏHKƏMƏSİNDƏN

redaktor