19 C
Bakı
03 Oktyabr 2025 19:05
CəmiyyətGündəmHadisə

Azərbaycan xalqı Şəhidlər Xiyabanına buraxılmayacaq.

Bu anti-milli hökümət bizi kölədən də pis günə salmaq istəyir.

Quldarlıq dövründə qulların öz yaxınlarını, qəhrəman bildiyi insanları ziyarət etmək hüququ var idi. Azərbaycanın 32 illik diktatura rejimi isə bu adi fundamental hüququ da Azərbaycan xalqının əlindən almağa hazırlaşır.

Azərbaycan höküməti quru sərhədlər kimi Şəhidlər Xiyabanını da xalqın üzünə bağlamaq ərəfəsindədir.

İki gün öncə anti-milli məclisdə hökümətin öncədən hazırlanmış yazılarını səsləndirən Zahid Oruc söyləyib ki, tətil dövründə Şəhidlər xiyabanında 3 əcnəbinin qeyri-etik davranışı, o cümlədən, illərdir bir sıra işğal partiyası təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi “Şəhidlər xiyabanları haqqında” xüsusi qanunun qəbulunu zəruri edir.

Artıq şübhə yeri qalmır ki, 2-3 əcnəbi turistin Şəhidlər Xiyabanında etdikləri qeyri-əxlaqi hərəkətlərin arxasında kimlər dayanır. İkinci məsələni birinci məsləyə calaq etməklə, belə bir qanunin xalq tərəfindən öz aləmlərində qəbul ediləcəyini hesablayıblar.

Artıq 32 ildir ki, Azərbaycanda get-gedə azğınlaşan avtoritar rejim mövcuddur. Bütün siyasi təşkilatlar bir-bir sıradan çıxarılıb, müstəqil mətbuat dağıdılıb, ölkə İlham Əliyevin görmək istədiyi “ikinci Türkmənistana” çevrilməkdədir. Bu yolda yeganə ciddi maneə isə Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimlidir.

Əli Kərimlinin son dövrlərdə beynəlxalq tədbirlərə dəvət olunması, dünya mediasında gedən müsahibələri, həmçinin heç bir zaman İlham Əliyevin və yaxın ətrafının ziyarət etmədiyi – ikinci Qarabağ Savaşında şəhid olanların uyuduğu xiyabanı ziyarət edərəkən şəhid ailələrinin ona xüsusi rəğbəti və höküməti zəbt edən oğrulardan şikayətlənmələri hakimiyyətin narahatlığını böyük ölçüdə artırıb.

Xüsusən də sosial şəbəkələrdə bu ziyarətin geniş gündəm olması Əliyev hakimiyyətini ciddi təşvişə salıb.

Artıq şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, hətta özünü yandıran qazilərin fəryadına baxanda bu anti-milli rejimin əsl mahiyyəti daha aydın görmək olur. Azərbaycan xalqı günü-gündən anlayır ki, hakimiyyət üçün nə şəhidin ruhu, nə də xalqın dərdi önəmlidir. Onların yeganə dərdi öz taxtlarını qorumaqdır.

İndi isə “qanun” adı altında Şəhidlər xiyabanını Azərbaycan xalqının üzünə qapatmaq istəyirlər. Necəki, Birinci Qarabağ Savaşında şəhid olan qəhrəmanlarımızın məzarlarının qarşısına ot-ələf əkməklə bunu ediblər.

Lakin şəhidlərin əziz xatirəsi heç zaman diktatorların qorxularına tabe olmayacaq. Milli yaddaş məkanlarını “qanunlarla” qapadıb xalqı öz dəyərlərindən uzaqlaşdırmaq mümkün deyil. Şəhidlər xiyabanı xalqa məxsusdur, rejimə yox! Onu siyasi qadağalarla heç kim Azərbaycan xalqının üzünə bağlaya bilməz.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Qulu Məmmədli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şirkətlərin “Facebook” səhifəsi necə oğurlanır?

admin

Onkoloqdan BU QADINLARLA bağlı SOS!

redaktor

Rusiyadakı azərbaycanlılar üçün QARA GÜNLƏR başlayır – hüquqşünasdan şok XƏBƏRDARLIQ VİDEO

redaktor