23 C
Bakı
03 Oktyabr 2025 16:43
Gündəmİqtisadiyyat

Antiinhisar qurumunun səhv fəlsəfəsi: çeşid və qiymət rəqabət demək deyil

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, sitat: “Rəqabət orqanının əsas hədəflərindən biri məhz iqtisadi artımı dəstəkləyən təmərküzləşmələrə razılıq verilməsi, effektiv olmayanların isə məhdudlaşdırılmasıdır. Mağazaya daxil olduqda məhsulun çeşidi və qiymət müxtəlifliyi vətəndaşlara iqtisadiyyatın rəqabətliliyini göstərir”.

Elnur müəllim bu məsələnin fəlsəfəsini, deyəsən, doğru anlamayıb, məşğul olduğu sahəyə belə baxış bucağı inhisarçılıqla mübarizə aparmağa imkan yaratmaz. Təmərküzləşmə hər bir halda iqtisadiyyat üçün zərərli, inhisarçılıq üçün təməl yaradan faktordur. İqtisadi artımı dəstəkləyən təmərküzləşmə dedikdə Elnur müəllim nəyi nəzərdə tutur?! Antiinhisar orqanının rəhbəri iqtisadi artımla məşğul olmur, bu onun sahəsi deyil, hansı inhisarçılığın effektiv olub-olmamasına Elnur müəllim necə qərar verir?!

Belə yanaşma ilə, təbii ki, ölkədə inhisarçılıq at oynadacaq, Elnur müəllimin inhisarçılığın olmadığının örnəyi, rəqabətin mövcudluğunun sübutu kimi mağazalarda çeşid və qiymət müxtəlifliyini göstərməsi isə mövzudan nə qədər kənar olduğunu sübut edir.
Çeşid və qiymət istehsalçıdan, keyfiyyətdən, logistikadan asılıdır və eyni şirkət müxtəlif çeşiddə və qiymətdə bazara eyni kateqoriyalı məhsul çıxarda bilər – məsələn, “Azərsun” şirkəti 10 növ çayı, 10 müxtəlif qiymətə satırsa, bu rəqabətli mühit göstəricisidir?! Və ya, hamınızın bildiyi böyük bir dərman şirkəti var – eyni molekuldan, amma müxtəlif çeşidli və fərqli qiymətlərə bir neçə adda dərman gətirib-satır. Agentliyin “məntiqi” ilə, bu rəqabətin təntənəsidir?! Ay-hay…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan COP29-da iştirak edəcək? – Paşinyan AÇIQLADI

admin

90 gündür həbsdə aclıq edən Fazil Qasımovun hər an həyatını itirə biləcəyi bildirilir

admin

Yeni açılacaq “Xocəsən” metrostansiyasından XƏBƏR VAR

admin